
Prezident Kitabxanasında müstəqil Azərbaycan dövlətinin banisi, Ümummilli lider Heydər Əliyevin həyatına və zəngin irsinə həsr olunmuş virtual kitab sərgisi təşkil edilib. Sərgidə böyük dövlət xadiminin həyat yolu, siyasi fəaliyyəti, dövlət…
İbrahimbəyov Maqsud Məmmədibrahim oğlu 1935-ci il may ayının 11-də Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1955–1960-cı illərdə Azərbaycan Politexnik İnstitutunun inşaat fakültəsində ali təhsil almış, 1962–1964-cü illərdə Moskvada Ali ssenari kurslarında, 1971–1973-cü illərdə isə Ali rejissor kurslarında oxumuşdur. Əmək fəaliyyətinə 1960-cı ildə Azərbaycan Tikinti Nazirliyinin Ağır Sənaye İnşaatı Trestində mühəndis kimi başlayan Maqsud İbrahimbəyov sonralar burada müxtəlif vəzifələrdə çalışmış, 1964-1971-ci illərdə SSRİ Mərkəzi Televiziya və Radio Verilişləri Komitəsində Azərbaycan üzrə xüsusi müxbir işləmişdir.
Kitabın elektron variantının olub olmadığını yoxlamaq üçün kitabxanaçılardan və ya kitabxananın rəsmi saytından məlumat ala bilərsiniz.
Kitabxananın rəsmi veb-saytına daxil olaraq “Elektron kitabxana” bölməsindən istədiyiniz kitablara, layihələrə və virtual sərgilərə elektron formatda onları oxumaq və ya endirmək üçün keçid edə bilərsiniz.
Kitabxanada Wi-Fi xidmətləri mövcuddur.
Kitabxananın rəsmi saytına daxil olaraq elektron resurslara giriş əldə bilərsiniz.
Kitabxananın oxu zalları bazar ertəsi - cümə günlərində 9:00-18:00 kimi işləyir.
Kitabxananın rəsmi saytında yeni kitablar bölməsinə daxil olaraq Azərbaycan və xarici dillərdə çap olunan ən son kitablar haqqında məlumat ala bilərsiniz.
Kitabxananın istifadə qaydaları və şərtləri ilə tanış olduqdan sonra Oxu zalında qeydiyyatdan keçə bilərsiniz.
Tədqiqat üçün kitabxananın rəsmi saytında müxtəlif mövzular üzrə biblioqrafik və tam mətinli elektron resurslar vardır.
Ali Attestasiya Komissiyasına arayış təqdim etmək üçün şəxsiyyət vəsiqəsi, kitabın çap variantının olması vacibdir (əlavə olaraq kitabın elektron variant müəllifin öz razılığı ilə təqdim edilə bilər).
Kitabı özünüz və yaxud poçt vasitəsi (nüsxə sayı müəllifin istəyinə görə) ilə təqdim edib arayış ala bilərsiniz.
Prezident Kitabxanasının oxu zallarından şəxsiyyətini təsdiq edən sənədi (şəxsiyyət vəsiqəsi və ya pasport) olan Azərbaycan və xarici ölkə vətəndaşları istifadə edə bilər.
Kitabxananın saytında olan bütün resurslar (elektron layihələr, elektron kitablar, biblioqrafik göstəricilər, məlumat bülletenləri) internet istifadəçıləri üçün açıqdır.
Abonementdən yalnız Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının, İşlər İdarəsinin və tabeliyindəki qurumların əməkdaşları istifadə edə bilərlər.