Molla Nəsrəddin jurnalı XX əsrin əvvəllərində Azərbaycan mətbuatının və ümumilikdə Şərq publisistikasının ən parlaq nümunələrindən biri kimi tanınır. Jurnal 1906-cı ildə Tiflis şəhərində nəşrə başlamış, sonrakı illərdə Təbriz və Bakı şəhərlərində fəaliyyətini davam etdirmişdir. Onun yaradıcısı və baş redaktoru görkəmli yazıçı və publisist Cəlil Məmmədquluzadə olmuşdur. Jurnal öz adını Şərq…
2016-cı ilin aprel ayında baş vermiş və tarixə Aprel döyüşləri kimi daxil olan hərbi toqquşmalar Qarabağ münaqişəsinin ən gərgin mərhələlərindən biri olmuşdur. Cəmi dörd gün davam edən bu döyüşlər Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında cəbhə xəttində baş vermiş, regionda siyasi və hərbi vəziyyətin dəyişməsinə ciddi təsir göstərmişdir. Aprel döyüşləri…
Virtual sərgi Azərbaycan xalqının ən qədim və əziz bayramlarından biri olan Novruz bayramına həsr edilmişdir. Baharın gəlişini, təbiətin oyanışını və yeni ilin başlanğıcını simvolizə edən Novruz əsrlər boyu xalqımızın milli-mənəvi dəyərlərini, birlik və həmrəylik ruhunu yaşadan mühüm bayram kimi formalaşmışdır. Sərgidə Novruzun tarixi köklərini, onun yaranması və inkişaf mərhələlərini, dörd…
"Azərbaycan qadını zamanın aynasında" adlı virtual kitab sərgisi Azərbaycan qadınının tarixi inkişaf yolunu, ictimai-siyasi və mədəni həyatdakı rolunu əks etdirən nəşrləri bir araya gətirir. Sərginin məqsədi qadınlarımızın milli-mənəvi dəyərlərin qorunması, maarifçilik ideyalarının yayılması, elm, təhsil və incəsənətin inkişafındakı xidmətlərini geniş oxucu auditoriyasına təqdim etməkdir. Sərgidə müxtəlif dövrlərə aid monoqrafiyalar, elmi-tədqiqat…
Virtual sərgi Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, XX əsr klassik şairi Əliağa Vahidin zəngin ədəbi irsinə həsr olunmuşdur. Sərgidə Azərbaycan poeziyasında qəzəl janrının müasir mərhələdə inkişafında mühüm rol oynamış şairin həyat və yaradıcılıq yolu əhatəli şəkildə təqdim edilir. Əliağa Vahid klassik Şərq poeziyasının, xüsusilə Füzuli ədəbi məktəbinin ənənələrini qoruyaraq, qəzəli xalq…
Virtual sərgi Azərbaycan Respublikasının qədim diyarlarından biri olan Naxçıvanın zəngin tarixi, mədəni irsi və milli-mənəvi dəyərlərinə həsr edilmişdir. Sərgidə Naxçıvanın minilliklərə söykənən tarixi keçmişi, arxeoloji abidələri və nadir memarlıq nümunələri ilə yanaşı, bu diyarın Azərbaycan dövlətçiliyi tarixində tutduğu mühüm yer, yetişdirdiyi görkəmli şəxsiyyətlər, zəngin folklor irsi və milli ənənələri haqqında…
"Qara Qarayev" adlı virtual sərgi XX əsr Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndəsi, dünya şöhrətli bəstəkar, akademik Qara Əbdülhəsən oğlu Qarayevin zəngin yaradıcılıq irsinə həsr olunmuşdur. Sərgidə bəstəkarın həyat və fəaliyyətinin əsas mərhələləri, musiqi yaradıcılığının inkişaf yolu və Azərbaycan professional musiqisinin formalaşmasındakı müstəsna rolu geniş şəkildə əks etdirilir. Bu virtual sərgi…
2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə təşkil olunmuş bu virtual sərgi gənclərin intellektual, sosial və mənəvi inkişafını əks etdirən nəşrləri əhatə edir. Sərgidə gənclər siyasətinin əsas istiqamətlərinə, gənclərin cəmiyyətdə roluna, onların təhsil səviyyəsinin yüksəldilməsinə, vətənpərvərlik tərbiyəsinə və milli-mənəvi dəyərlərin qorunmasına həsr olunmuş kitablar təqdim edilir. Sərgi oxuculara gənclərin potensial…
Virtual sərgi Azərbaycan tarix elminin görkəmli nümayəndəsi, tanınmış tarixçi-alim, şərqşünas və tədqiqatçı Sara Aşurbəylinin zəngin elmi irsinə həsr edilmişdir. Sərgidə alimin Azərbaycan tarixinin müxtəlif dövrlərinə, xüsusilə Bakı şəhərinin orta əsr tarixinə, Şirvanşahlar dövlətinə, etnogenez, mədəniyyət və şəhərsalma problemlərinə dair monoqrafiyaları, eləcə də onun elmi fəaliyyəti haqqında nəşr olunmuş əsərlər təqdim…
20 Yanvar 1990-cı il Azərbaycan xalqının azadlıq və müstəqillik uğrunda mübarizə tarixində dönüş nöqtəsi olmuşdur. Həmin gecə sovet ordusunun Bakıda və respublikanın digər bölgələrində dinc əhaliyə qarşı həyata keçirdiyi silahlı müdaxilə nəticəsində çoxsaylı insan həlak olmuş, yüzlərlə vətəndaş yaralanmışdır. Bu faciə totalitar rejimin mahiyyətini ifşa etməklə yanaşı, xalqımızın milli iradəsini…