20 Yanvar 1990-cı il Azərbaycan xalqının azadlıq və müstəqillik uğrunda mübarizə tarixində dönüş nöqtəsi olmuşdur. Həmin gecə sovet ordusunun Bakıda və respublikanın digər bölgələrində dinc əhaliyə qarşı həyata keçirdiyi silahlı müdaxilə nəticəsində çoxsaylı insan həlak olmuş, yüzlərlə vətəndaş yaralanmışdır. Bu faciə totalitar rejimin mahiyyətini ifşa etməklə yanaşı, xalqımızın milli iradəsini…
Görkəmli dövlət xadimi, Azərbaycanda səhiyyənin, tibb elminin istedadlı təşkilatçısı Əziz Məmmədkərim oğlu Əliyevin fəaliyyət göstərdiyi dövr əsr tariximizin ən mürəkkəb, ziddiyyətli dövrlərindən birinə təsadüf edir. Lakin Əziz Əliyevin daxilində elə böyük bir xalq məhəbbəti, vətən sevgisi var idi ki, o, bu çətin dövrlərin özündə də məhz xalqa, vətənə xidmət etməyi…
Akademik Yusif Məmmədəliyev Azərbaycan elminin yetirdiyi parlaq simalardandır. Azərbaycanda neft kimyasının bünövrəsini yaratmış alimin qiymətli sənaye məhsullarının alınması üçün böyük tətbiqi əhəmiyyətə malik texnoloji proseslərin işlənib hazırlanmasında müstəsna xidmətləri vardır. Neft-kimya elmində mühüm hadisəyə çevrilən yüksək oktanlı aviasiya yanacaqları istehsalının yeni üsulunu kəşf etməsi Yusif Məmmədəliyevə şöhrət qazandırmışdır. Respublikada bir…
Nailə Məmmədəli qızı Vəlixanlı — görkəmli Azərbaycan tarixçisi, tarix üzrə elmlər doktoru, professor, akademikdir. O, 2001-ci ildə AMEA-nın müxbir üzvü, 2007-ci ildə isə həqiqi üzvü seçilmişdir. Nailə Vəlixanlı uzun illər Azərbaycan tarix elminin inkişafına, milli tarixi irsin elmi əsaslarla tədqiqinə və təbliğinə mühüm töhfələr vermişdir. Alim Azərbaycanın orta əsrlər tarixi,…
Yusif Səmədoğlu XX əsr Azərbaycan nəsrinin yetirdiyi nadir istedada malik böyük simalardandır. Yüksək bədiilik nümunəsi olan dərin ictimai-mənəvi məzmunlu əsərləri, o cümlədən hekayələri, romanları və film ssenariləri ilə ədəbi prosesdə iz qoymuş yazıçının ötən əsrin 60–70-ci illərində milli nəsrin keyfiyyətcə yeni mərhələyə keçməsində xüsusi xidmətləri vardır. Parlaq mədəniyyət hadisəsinə çevrilən,…
Fətəli xan Xoyski XX əsrin əvvəllərindən milli-mədəni intibahını yaşayan Azərbaycan xalqının azadlığı və istiqlaliyyəti naminə hərəkatda üzərinə götürdüyü çətin vəzifəni şərəflə yerinə yetirmiş fədakar ziyalılar nəslinin parlaq nümayəndəsidir. Geniş dünyagörüşlü, cəsarətli, vətənpərvər şəxsiyyət və böyük siyasi xadim kimi o, daim Azərbaycanın müstəqilliyi uğrunda mübarizənin ön cərgələrində mövqe tutmuş, tarixi İstiqlal…
Virtual sərgidə 17 noyabr – Milli Dirçəliş Gününə həsr olunmuş kitablar təqdim olunur. Sərgidə 1988-ci il noyabrın 17-də Bakının Azadlıq meydanında başlayan kütləvi xalq etirazlarını və milli azadlıq hərəkatını əks etdirən kitablar toplanmışdır. Həmin mitinqlər Azərbaycan xalqının milli şüurunun oyanmasında, azadlıq ideyalarının güclənməsində və müstəqilliyə aparan yolun formalaşmasında mühüm tarixi…
1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul olunmuşdur. Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biridir. Bu Konstitusiya müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa təminat yaradan, cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi sferalarında köklü dəyişiklikləri özündə ehtiva edən, qanunvericiliyin təkmilləşdirilməsində hüquqi baza rolunu oynayan mükəmməl…
44 gün davam edən Vətən müharibəsi nəticəsində müzəffər Azərbaycan Ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Azərbaycan xalqının tarixində, mədəniyyətində və qəlbində xüsusi yeri olan, Qarabağın tacı sayılan Şuşa şəhərini, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələrini, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndləri, həmçinin Tərtər rayonunun Suqovuşan kəndini, Xocalı və…
18 Oktyabr tarixi Azərbaycanda dövlət müstəqilliyinin bərpası günüdür. 1991-ci ilin bu günündə Azərbaycan Respublikası Sovet İttifaqından ayrılaraq öz suverenliyini və müstəqilliyini yenidən elan etmişdir. Bu gün xalqın azadlıq, suverenlik və milli dövlətçilik ideallarının təntənəsi kimi qeyd olunur və ölkənin tarixi-mədəni yaddaşında önəmli yer tutur. 18 Oktyabr həm də müstəqillik uğrunda…