Nizami Gəncəvi XII əsrin ən böyük şair və mütəfəkkirlərindən biri hesab olunur. O, dünya ədəbiyyatında epik-lirik poeziyanın zirvələrindən birini yaratmış, humanizm, ədalət, sevgi və mənəvi kamillik ideyalarını yüksək bədii dillə ifadə etmişdir. Nizaminin ədəbi irsi yalnız Azərbaycan ədəbiyyatına deyil, bütövlükdə Şərq və dünya ədəbiyyatının inkişafına mühüm təsir göstərmişdir. Nizami Gəncəvinin yaradıcılığı zəngin fəlsəfi düşüncə, yüksək bədii təfəkkür və dərin humanist…
Müasir Azərbaycan nəsrinin inkişafında mühüm rol oynamış görkəmli yazıçı İsa Muğanna ədəbi fəaliyyətə başladığı ilk illərdən etibarən milli-mənəvi dəyərlərin qorunması və zənginləşdirilməsi istiqamətində böyük xidmətlər göstərmişdir. O, altmış ildən artıq davam edən yaradıcılığı boyunca Azərbaycan ədəbiyyatına yeni nəfəs gətirmiş, nəsrimizin ideya və bədii-estetik səviyyəsinin yüksəlməsinə mühüm töhfələr vermişdir. Yazıçının əsərlərində insanın daxili dünyası, mənəvi axtarışları, tarix və müasirlik münasibətləri, milli…
Səməd Vurğun Azərbaycanın ədəbi fikir salnaməsində yeni parlaq mərhələ başladan görkəmli sənətkardır. Çoxşaxəli fəaliyyətinin qayəsində azərbaycançılıq amalı dayanan şair nəğməkarı olduğu Odlar diyarını alovlu məhəbbətlə tərənnüm etmişdir. Onun dillər əzbərinə çevrilmiş "Azərbaycan" şeiri hər bir azərbaycanlının ürəyindəki Vətən sevgisinin poetik ifadəsidir. Böyük söz ustası ana dilinin saflığı uğrunda dönmədən mübarizə aparmış, xalq yaradıcılığının tükənməz xəzinəsindən bəhrələnməklə bu dilin bütün məna…
Cəfər Cabbarlı XX əsr Azərbaycan ədəbiyyatının geniş şöhrət tapmış nadir simalarındandır. Klassik ədəbi irs zəminində yetişən ədib milli ədəbiyyatın parlaq ənənələrini qorumaqla bərabər, yenilik və müasirlik uğrunda mübarizəni yaradıcılığının əsas qayəsinə çevirmişdir. Dramaturgiyamızın təşəkkülü və yüksəlişi tarixində yeni mərhələnin təməlini qoyan Cəfər Cabbarlının əsərləri milli teatrda mühüm hadisə kimi dəyərləndirilmiş, uzun illər boyu tamaşaçıların bir neçə nəslinin estetik zövqünün formalaşmasında…
Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan Süleyman Rüstəm poeziyamızın klassik ənənələrinin parlaq davamçısı və bu ənənələri yeni bədii axtarışlarla zənginləşdirən sənətkar kimi tanınır. Onun yaradıcılığında vətənpərvərlik, azadlıq ideyaları, milli birlik və insan taleyi kimi mövzular xüsusi yer tutur. Xüsusilə Cənubi Azərbaycan mövzusuna həsr etdiyi şeirlər XX əsr Azərbaycan poeziyasının ən dəyərli nümunələri sırasında qiymətləndirilir. Süleyman Rüstəm yalnız görkəmli şair kimi…
Nəriman Həsənzadə Azərbaycan ədəbiyyatının XX əsr ikinci yarısı və XXI əsrin əvvəllərində formalaşan poetik mühitində özünəməxsus yeri olan görkəmli şair, dramaturq və publisistdir. Onun yaradıcılığı milli-mənəvi dəyərlərə bağlılıq, vətəndaşlıq mövqeyi, lirik-fəlsəfi düşüncə tərzi və bədii dilin sadəliklə dərinliyi uzlaşdırması ilə səciyyələnir. Şairin ədəbi irsi müasir Azərbaycan poeziyasının ideya-estetik inkişafında mühüm mərhələ təşkil edir. Nəriman Həsənzadənin poeziyasında Vətən, torpaq, tarix və…
Elə insanlar var ki, onlar dünyasını dəyişsələr də, gördükləri işlərlə yaddaşlarda qalır, illər keçsə də unudulmur, hörmət və ehtiramla xatırlanırlar. Belə şəxsiyyətlərdən biri də yazıçı, publisist, geneoloq, Avrasiya Yazıçılar Birliyi, Azərbaycan Jurnalistlər Birliyi və Azərbaycan Tarixi Şəcərə Cəmiyyətinin üzvü, “Qızıl qələm” mükafatı laureatı, Əməkdar mədəniyyət işçisi, vikipediyaçı Ənvər Çingizoğludur (Ənvər Çingiz oğlu Fərəcov). Ənvər Çingizoğlu Azərbaycanın xanlıqlar dövrü tarixi, diplomatiya…
Cəlil Məmmədquluzadə Azərbaycan ədəbiyyatının yeni mərhələyə yüksəlməsində müstəsna rol oynamış və bütöv bir ədəbi məktəb formalaşdırmış qüdrətli şəxsiyyətdir. Vətəndaş yazıçının bədii nailiyyətlərlə zəngin irsində azərbaycançılıq məfkurəsi dövrün ictimai-siyasi fikrinin aparıcı amili kimi dolğun ifadəsini tapmışdır. Sənətkar həyat həqiqətlərini, ictimai mühiti hərtərəfli əks etdirən və bədii-estetik dəyər daşıyıcısına çevrilən rəngarəng obrazlar qalereyası yaratmışdır. Ana dilinin saflığı uğrunda daim mübarizə aparmış Cəlil…
Anar Rzayev — görkəmli Azərbaycan yazıçısı, publisist, dramaturq və ictimai xadimdir. 1938-ci il martın 14-də Bakıda tanınmış ədəbiyyat xadimləri Rəsul Rza və Nigar Rəfibəylinin ailəsində doğulmuşdur. 1960-cı illərdən etibarən Azərbaycan ədəbiyyatının yeniləşmə mərhələsində mühüm rol oynamış, hekayə, povest, roman və esse janrlarında dəyərli əsərlər yaratmışdır. "Ağ liman", "Beşmərtəbəli evin altıncı mərtəbəsi", "Gürcü familiyası", "Təhminə və Zaur" kimi əsərləri yazıçının bədii…