Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamına əsasən, noyabrın 20-si Ağdam Şəhəri Günü kimi qeyd olunur. Bu əlamətdar tarix münasibətilə Prezident Kitabxanasında Ağdamın tarixinə, zəngin mədəni…
Terrorizm müasir dövrün ən təhlükəli təzahürlərindən biridir və müasir dünya bunun acı nəticələrini hələ də yaşayır. Tarixin müxtəlif dönəmlərində Azərbaycan xalqı terror aktlarının, vəhşiliklərin, soyqırımların acı nəticələrini yaşamışdır. İndiyədək Ermənistan tərəfindən etnik terrora məruz qalmış Azərbaycan xalqına qarşı törədilən əməllər insani əxlaqa, qanuna, beynəlxalq hüquqa ziddir. Yaşadığımız tarix göstərir ki, erməni terrorlarının ölkəmizdə sayı-hesabı yoxdur. Qarakənd faciəsi də belə qanlı tarixi hadisələrdən biridir.
20 noyabr Azərbaycan xalqının tarixi yaddaşında mühüm yer tutan, Ağdamın azadlığı, dirçəlişi və gələcəyə inamını təcəssüm etdirən əlamətdar gündür. 2020-ci il noyabrın 20-də Ağdam şəhəri Ermənistanın işğalından azad edilmiş, şəhərin tarixi torpaqlarına qayıdışının və yenidən qurulmasının əsası qoyulmuşdur. Uzun illər işğal altında qalan Ağdam şəhəri və rayonun yaşayış məntəqələri erməni…
Kitabın elektron variantının olub olmadığını yoxlamaq üçün kitabxanaçılardan və ya kitabxananın rəsmi saytından məlumat ala bilərsiniz.
Kitabxananın rəsmi veb-saytına daxil olaraq “Elektron kitabxana” bölməsindən istədiyiniz kitablara, layihələrə və virtual sərgilərə elektron formatda onları oxumaq və ya endirmək üçün keçid edə bilərsiniz.
Kitabxanada Wi-Fi xidmətləri mövcuddur.
Kitabxananın rəsmi saytına daxil olaraq elektron resurslara giriş əldə bilərsiniz.
Kitabxananın oxu zalları bazar ertəsi - cümə günlərində 9:00-18:00, şənbə günlərində saat 10:00-dan 14:00 kimi işləyir.
Kitabxananın rəsmi saytında yeni kitablar bölməsinə daxil olaraq Azərbaycan və xarici dillərdə çap olunan ən son kitablar haqqında məlumat ala bilərsiniz.
Kitabxananın istifadə qaydaları və şərtləri ilə tanış olduqdan sonra Oxu zalında qeydiyyatdan keçə bilərsiniz.
Tədqiqat üçün kitabxananın rəsmi saytında müxtəlif mövzular üzrə biblioqrafik və tam mətinli elektron resurslar vardır.
Ali Attestasiya Komissiyasına arayış təqdim etmək üçün şəxsiyyət vəsiqəsi, kitabın çap variantının olması vacibdir (əlavə olaraq kitabın elektron variant müəllifin öz razılığı ilə təqdim edilə bilər).
Kitabı özünüz və yaxud poçt vasitəsi (nüsxə sayı müəllifin istəyinə görə) ilə təqdim edib arayış ala bilərsiniz.
Prezident Kitabxanasının oxu zallarından şəxsiyyətini təsdiq edən sənədi (şəxsiyyət vəsiqəsi və ya pasport) olan Azərbaycan və xarici ölkə vətəndaşları istifadə edə bilər.
Kitabxananın saytında olan bütün resurslar (elektron layihələr, elektron kitablar, biblioqrafik göstəricilər, məlumat bülletenləri) internet istifadəçiləri üçün açıqdır.
Abonementdən yalnız Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının, İşlər İdarəsinin və tabeliyindəki qurumların əməkdaşları istifadə edə bilərlər.