











































20 noyabr Azərbaycan xalqının tarixi yaddaşında mühüm yer tutan, Ağdamın azadlığı, dirçəlişi və gələcəyə inamını təcəssüm etdirən əlamətdar gündür. 2020-ci il noyabrın 20-də Ağdam şəhəri Ermənistanın işğalından azad edilmiş, şəhərin tarixi torpaqlarına qayıdışının və yenidən qurulmasının əsası qoyulmuşdur. Uzun illər işğal altında qalan Ağdam şəhəri və rayonun yaşayış məntəqələri erməni vandalizmi nəticəsində dağıdılaraq xarabalığa çevrilmişdir. Bu gün Ağdamda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri, müasir infrastrukturun yaradılması, tarixi-mədəni irsin qorunması şəhərin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu nümayiş etdirir. Virtual sərgi Ağdamın zəngin tarixinə, mədəni irsinə, işğal dövründə üzləşdiyi dağıntılara, azadlıq mübarizəsinə və bu gün həyata keçirilən möhtəşəm quruculuq prosesinə həsr olunmuşdur. Sərgidə təqdim olunan kitablar Ağdamın keçmişini, bu gününü və gələcək inkişaf perspektivlərini əks etdirərək onun Azərbaycanın ərazi bütövlüyünün bərpası tarixindəki əhəmiyyətini nümayiş etdirir.