Struktur

Prezident, dövlət idarəçiliyi və ölkəşünaslığa dair informasiya resursları bölməsi

Prezident, dövlət idarəçiliyi və ölkəşünaslığa dair informasiya resursları bölməsi Azərbaycan Respublikası Prezidentinin fəaliyyətini, Azərbaycan xalqının dövlətçilik tarixini, mədəni irsini, iqtisadi və elmi inkişafını əks etdirən elektron layihələr yaradır. Layihələrin üç dildə (Azərbaycan, rus, ingilis) tərtib edilməsi üçün müxtəlif mənbələrdən materiallar toplayır, tərcümə və redaktə edir. Ölkənin ali və mərkəzi idarəetmə orqanlarının fəaliyyətinin, ölkəşünaslıq biliklərinin təbliğinə yönəlmiş kütləvi tədbirləri təşkil edir, ölkə daxilində və xaricdə Azərbaycan Respublikasının Prezidentinin və ali idarəetmə orqanlarının fəaliyyətini əks etdirən kitabları toplayır. Bölmənin tərkibinə Konfrans zalı, Elektron nəşrlərin tərcüməsi qrupu daxildir.

Kitabxana fondu bölməsi

Kitabxana fondu bölməsi bütün elm sahələri üzrə müxtəlif dillərdə çap məhsullarından ibarət fondların təşkilini, mühafizəsini və istifadəsini təmin edir. Fondu mütəmadi olaraq yeni ədəbiyyatla komplektləşdirmək üçün Kitabxananın müvafiq bölmələrinə təkliflər verir, Kitabxanaya daxil olan dövri nəşrlərin müvafiq təsnifata uyğun kartotekasını yaradır. Bölmənin tərkibinə Nadir ədəbiyyat fondu, İncəsənət ədəbiyyatı fondu, Dövri mətbuat fondu daxildir. Nadir kitablar fondunda saxlanılan ədəbiyyatın mütəmadi olaraq elmi, tarixi, mədəni dəyərləndirilməsi işi aparılır. Fondda olan nadir və qiymətli nəşrlər, xüsusi kolleksiyalar qanunvericilikdə müəyyən olunmuş qaydada Azərbaycan Respublikasının milli-mədəni sərvətlər reyestrinə daxil edilir.

Kitabxana-biblioqrafiya xidməti bölməsi

Kitabxana-biblioqrafiya xidməti bölməsi Kitabxananın fonduna daxil olan kitabları və digər nəşrləri, abunə edilən dövri və ardı davam edən nəşrləri biblioqrafik təhlil edir və oxucuların (istifadəçilərin) sorğularına müvafiq olaraq soraq-biblioqrafik xidməti həyata keçirir. Bu bölmənin əsas funksiyaları biblioqrafik məlumatların hazırlanması, Kitabxananın fondunda olan kitablar, jurnallar, məqalələr və digər materiallar haqqında biblioqrafik məlumatların toplanması və işlənməsi, biblioqrafik sorğuların cavablandırılması, müxtəlif mövzular üzrə biblioqrafik göstəricilərin hazırlanması və oxuculara təqdim edilməsi, Kitabxananın biblioqrafik məlumatlarının elektron bazalarının yaradılması və idarə edilməsidir. Oxucuların biblioqrafik sorğularına müvafiq olaraq müxtəlif şifahi və yazılı biblioqrafik arayışlar hazırlayır və təqdim edir. Kitabxanaya yeni daxil olan kitablar haqqında oxucunu məlumatlandırmaq üçün sərgilər (tematik) təşkil edir. Bölmənin tərkibinə İnformasiya-biblioqrafiya xidməti qrupu, Abonement qrupu, Oxu zalı daxildir.

Komplektləşdirmə, kitabişləmə və elektron kataloq bölməsi

Komplektləşdirmə, kitabişləmə və elektron kataloq bölməsi Kitabxananın fondunu çap əsərləri və digər sənədlərlə oxucularının maraq və sorğularına uyğun olaraq müntəzəm şəkildə komplektləşdirir. Kitabxana və biblioqrafik təsnifat cədvəllərinə uyğun olaraq yeni əldə edilmiş çap məhsullarını indeksləşdirir. Standartlaşdırılmış biblioqrafik təsvirin ayrı-ayrı elementləri üzrə axtarışa imkan verən elektron kataloq yaradır. Kitabxana fonduna daxil olan və kitabxana fondundan çıxarılan çap məhsullarının sənədlərinin hazırlanmasını, qəbulunu, qeydiyyatını və uçotunu həyata keçirir.

Kitabxana işinin avtomatlaşdırılması, rəqəmsallaşdırma və elektron resurslar bölməsi

Kitabxana işinin avtomatlaşdırılması, rəqəmsallaşdırma və elektron resurslar bölməsi Kitabxananın vahid informasiya-resurs strukturunun yaradılması və kitabxana-informasiya xidmətlərinin avtomatlaşdırılması üçün müasir informasiya texnologiyalarının tətbiqini həyata keçirir. Bölmə kitabxana xidmətlərinin və idarəetmə proseslərinin müasir texnologiyalar vasitəsilə daha səmərəli və effektiv şəkildə həyata keçirilməsini təmin edir. Kitabxanada IRBIS64+ Kitabxana Avtomatlaşdırılma Sistemi tətbiq edilmişdir. Sözü gedən sistemin inzibatçılığını, Kitabxananın struktur bölmələrində proqram təminatının quraşdırılmasını, komputer avadanlığının texniki xidməti, bütün sistemin fasiləsiz işləməsinə nəzarəti, proqram təminatı versiyalarının vaxtında yenilənməsi işini həyata keçirir. Bölmə, rəqəmsallaşdırma yolu ilə çap nəşrlərinin elektron variantlarını da yaradır. Bölmənin tərkibinə Proqram təminatı qrupu daxildir.