Xəbərlər

Azərbaycan televiziya və radiosunun tarixinə dair ensiklopediya Prezident Kitabxanasına hədiyyə edilib

Azərbaycan televiziya və radiosunun tarixinə dair ensiklopediya Prezident Kitabxanasına hədiyyə edilib

Azərbaycan televiziya və radiosunun tarixinə dair ensiklopediya Prezident Kitabxanasına hədiyyə edilib

Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti “Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin Ensiklopediyası” adlı kitabı Prezident Kitabxanasına hədiyyə edib.

Ensiklopediyada Azərbaycan radiosu və televiziyasının yaranmasından bu günədək keçdiyi inkişaf yolu, milli efirin formalaşmasına və zənginləşməsinə töhfə vermiş əməkdaşların həyat və fəaliyyəti haqqında məlumatlar yer alıb. Nəşrdə 1926-cı ildə fəaliyyətə başlayan Azərbaycan radiosunun və 1956-cı ildə yayıma başlayan Azərbaycan televiziyasının tarixi, müxtəlif dövrlərdə tamaşaçı və dinləyicilərin rəğbətini qazanmış verilişləri haqqında ilk dəfə sistemli məlumat təqdim olunur. Bununla yanaşı, oxucular müxtəlif illərdə yayımlanmış seçmə televiziya və radio proqramlarının fraqmentlərini dinləmək və izləmək imkanı əldə edirlər.

Ensiklopediya Azərbaycan televiziya və radio tarixinin öyrənilməsi, milli efirin inkişafında xidmətləri olan tanınmış şəxsiyyətlərin fəaliyyətinin araşdırılması və bu sahədə formalaşmış peşəkar ənənələrin qorunması baxımından əhəmiyyətli nəşrdir. Kitabda toplanmış bioqrafik və tarixi məlumatlar milli teleradio irsinin öyrənilməsinə və gələcək nəsillərə çatdırılmasına xidmət edir.