“Heydər Əliyev. Müstəqilliyimiz əbədidir” E-Kitablar kolleksiyasında Ümummilli lider Heydər Əliyevin 46 kitabdan ibarət çoxcildliyinin elektron variantı təqdim olunur. Bu kitbalarda dahi şəxsiyyətin xalqın istəyi və tələbi ilə yenidən ölkə rəhbərliyinə gəldiyi 1993-cü ildən 2003-cü ilə kimi - on illik dövr əhatə olunur. Böyük siyasi-tarixi və elmi-nəzəri əhəmiyyət kəsb edən bu kitablarda müstəqilliyin qorunub saxlanılmasının, inkişaf etdirilməsinin dahiyanə praktiki təcrübəsi öz əksini tapmışdır.