Tarixdən səhifələr

Kənd Təsərrüfatı İşçiləri günü

Kənd Təsərrüfatı İşçiləri günü

Süfrələrə bolluq bərəkəti bəxş edən əkinçi peşəsi ölkəmizdə şöhrətin ən yüksək fövqünə yüksəlib. Aqrar sektor əhalinin ərzaq təhlükəsizliyinin təminatında böyük rol oynayır. Aqrar sahə həm də əhalinin ən böyük məşğulluq sahəsidir. Ölkədə ailə üzvləri də nəzərə alınmaqla təxminən 1,5 milyon insan öz dolanışığını, maddi təminatını kənd təsərrüfatı sektorunda çalışaraq təmin edir. Bu o deməkdir ki, bu əlamətdar gün Azərbaycanda həm də təxminən milyon yarım insanın peşə bayramıdır. Ölkədə həyata keçirilən aqrar islahatlar bu sahənin dinamik inkişafını təmin etməklə yanaşı, məşğulluq problemini də önəmli dərəcədə həll edir.

Azərbaycan Tədqiq və Tətəbbö Cəmiyyəti

Azərbaycan Tədqiq və Tətəbbö Cəmiyyəti

XX əsrin əvvəllərində Bakı Rusiyanın ən böyük sənaye mərkəzlərindən biri olsa da, xalq maarifinin, mədəniyyətin inkişafı baxımından çox geridə qalan şəhərlərdən biri idi. Bakıda Rusiyanın mərkəzlərindən fərqli olaraq həyata keçirilən milli müstəmləkə siyasəti xalq maarifinin və mədəniyyətinin inkişafına mənfi təsir edirdi. XX əsrin əvvəllərində Bakıda neft sənayesinin inkişafı çoxlu savadlı mütəxəssislər tələb edirdi. Ancaq onların mütaliəsini təşkil etmək üçün heç bir müəssisə yox idi. Mütləqiyyətin yeritdiyi böyük dövlətçilik siyasəti azlıqda qalan millətlərin hüquqlarının daim pozulması, ardıcıl olaraq aparılan ruslaşdırma siyasəti milli məsələnin ədalətli həllini tələb edirdi.

AMEA Mərkəzi Elmi Kitabxanası

AMEA Mərkəzi Elmi Kitabxanası

Respublikamızda elmi kitabxana xidmətinin təşkilinə 20-ci illərdən başlanılıb. Bu dövrdə respublikada ali məktəblərin, elmi-tədqiqat institutlarının, elmi cəmiyyətlərin meydana gəlməsi, elmi kitabxanaların açılmasına böyük ehtiyac yaratmışdı. 1923-cü ildə Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti yarandı. Bu cəmiyyət Azərbaycan elminin ilk elmi tədqiqat müəssisəsi kimi Azərbaycan tarixinin, arxeologiyasının, etnoqrafiyasının, coğrafiyasının, Azərbaycan dili və ədəbiyyatının, ümumiyyətlə, mədəniyyət tariximizin öyrənilməsində ilk elmi tədqiqat müəssisəsi kimi çox böyük rol oynamışdır.

İctimai-siyasi xadim Rüstəm xan Xoyski

İctimai-siyasi xadim Rüstəm xan Xoyski

Xoyski ailəsi, Azərbaycan tarixində iz qoymuş, Xoy xanlığının qurucuları olan dünbülilər nəslindəndir. Dünbülilər Səfəvi İmperiyasının ordusunda yer almış, Şah İsmayıl Səfəvi Qızılbaş ordusunun bir qolunu cəsur dünbülilər tayfasından olan döyüşçülərdən təşkil etmişdi. Rüstəm xan Xoyskinin ikinci babası Cəfərqulu xan Dünbüli “Batmanqılınc” ləqəbi ilə tanınıb. Cəfərqulu xan Qacar hökmdarı Fətəli şahla yaranmış münaqişə səbəbi ilə qohum-əqrəbası və 20 minə yaxın qoşunu ilə Şimali Azərbaycana köçmüş və 1807-ci ildə Rusiya çarı tərəfindən Şəki xanı təyin edilmiş və ona general-leytenant rütbəsi verilmişdi. Cəfərqulu xandan sonra 1810-1819-cu illərdə Şəki xanlığını oğlu İsmayıl xan idarə etmişdir.

Azərbaycan Televiziyası və Radiosu günü

Azərbaycan Televiziyası və Radiosu günü

Dünyanın qlobal informasiya məkanında internet, kompüter-peyk kommunikasiya şəbəkəsi kimi nəhəng sisteminin hegemonluğuna baxmayaraq, planetimizin müxtəlif güşələrində yaşayan, yaşından, dini-irqimənsubiyyətindən, peşəsindən asılı olmayaraq milyardlarla insanın ən operativ informasiya ilə təmin olunmasında radio və televiziya yayımı öncül mövqeyini saxlayır. Müstəqil Azərbaycan Respublikasının bütütn dünyada taninmasında, Azərbaycan gerçəkliklərinin yayılmasında, eləcə də müstəqil dövlətimizindemokratik cəmiyyət quruculuğu sahəsində nailiyyətlərinin təbliğində televiziya və radiomuz önəmli rol oynayır.

Zəfər Günü

Zəfər Günü

8 noyabr 2020-ci il Azərbaycan tarixinin şanlı səhifəsinə - Zəfər Günü kimi qızıl hərflərlə yazıldı. Məhz həmin gün Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Müzəffər Ordusunun 44 günlük İkinci Qarabağ müharibəsində möhtəşəm qələbəsi təmin olundu. Azərbaycan Ordusunun əldə etdiyi tarixi zəfər dövlət və xalqın mənafeyi baxımından xüsusi əhəmiyyətə malikdir. Uzun illərdən bəri düşmən tapdağı altında qalmış torpaqlarımızın işğaldan azad edilməsi ilk növbədə Azərbaycan xalqının özünə inamını qaytardı, xalqın öz liderinə, onun siyasətinə, onun gücünə etibarını, Heydər Əliyev ideyalarına, amalına sadiqliyini daha da möhkəmləndirdi.

Azərbaycan Respublikasının Dövlət bayrağı günü

Azərbaycan Respublikasının Dövlət bayrağı günü

Dövlət bayrağı hər bir ölkənin, xalqın, millətin dünya birliyində imzası, simvolu, şərəfi və qürurudur. Tarix sübut edib ki, hər bir xalqa bu nəsib olmur. Bayrağı yüksəltmək müəyyən bir ərazidə öz dövlətini qura bilən, onu möhkəmləndirib yaşadan, öz milli-mənəvi dəyərlərini mühafizə və inkişaf etdirən xalqa nəsib olur. Başımız üzərində dalğalanan, dünyaya bizi tanıdan XX əsrin əvvəllərində öz müstəqilliyini elan edən Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı bu gün də müstəqilliyimizin və dövlətçiliyimizin rəmzidi. Azərbaycanda üçrəngli Dövlət Bayrağı ilk dəfə 1918-ci il noyabr ayının 9-da Azərbaycan Respublikası Xalq Cümhuriyyəti hökümətinin qərarı ilə qəbul edilmişdir.

Konstitusiya günü

Konstitusiya günü

Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan və 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilən Əsas Qanun müstəqil Azərbaycanın ilk, ümumilikdə isə ölkəmizin beşinci Konstitusiyasıdır. 1918-1920-ci illərdə cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövlətin əsas qanununu qəbul edə bilməmişdi. Ona görə də ilk konstitusiya RSFSR-in konstitusiyası əsasında hazırlanmış və 1921-ci il mayın 19-da qəbul olunmuş Azərbaycan SSR Konstitusiyası hesab olunur. Azərbaycanın sayca ikinci konstitusiyası 1927-ci ilin mart ayında qəbul edilib. O zaman Azərbaycan Zaqafqaziya Sovet Federativ Sosialist Respublikasının tərkibində idi və bu şəkildə də SSRİ-yə daxil edilmişdi.

Beynəlxalq Tolerantlıq günü

Beynəlxalq Tolerantlıq günü

16 noyabr Beynəlxalq Tolerantlıq Günüdür. Latın sözü olan “tolerancia”nın mənası dözümlülük deməkdir. Ancaq tolerantlığın mahiyyəti və izahı ilə bağlı müxtəlif variantlar mövcuddur. Tolerantlıq haqda fikirlərin yaranmasının hüquqi əsasını 1948-ci il İnsan Hüquqlarına dair Ümumi Bəyannamənin qəbulu təşkil edir. Həmin bəyannamədə göstərilir ki, "insan ailəsinin bütün üzvlərinə məxsus ləyaqətin etirafı və onların bərabər, ayrılmaz hüquqları azadlıq, ədalət və ümumi dünyanın əsasını təşkil edir"; "insan hüquqlarına qarşı etinasızlıq və nifrət insanın vicdanını hiddətləndirən vəhşi aktlara gətirib çıxarır".

Milli Dirçəliş günü

Milli Dirçəliş günü

Xalqımızın azadlıq mübarizəsinin əsas mərhələlərindən birini təşkil edən 17 Noyabr – Milli Dirçəliş Günü Azərbaycanın müstəqilliyinin bərpa edilməsində tarixi rol oynayıb. Ötən əsrin axırlarında dünyanın altıda birini əhatə edən Sovet İttifaqının iqtisadi, siyasi, mənəvi və ideoloji dayaqları sarsılmışdı. İmperiyanın siyasi “beyin mərkəzi”nin xalqlara, xüsusilə Azərbaycan xalqına qarşı yürütdüyü ayrı-seçkilik siyasəti kəskin xarakter aldı. M.Qorbaçov hakimiyyətinin dəstəyi ilə ermənilər Dağlıq Qarabağda azərbaycanlılara qarşı haqsız ərazi iddialarına başladı. Ermənilərin Topxanada törətdikləri vəhşiliklər, Ağdamda isə iki azərbaycanlını qətlə yetirmələri Bakıda milli hissləri alovlandırdı.