Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı muzeyi ölkəmizin mühüm elmi-mədəni ocaqlarından biridir. Muzey Azərbaycan ədəbiyyatına və mədəniyyətinə aid nümünələrin toplanması, tədqiqi, elmi fondlarda qorunması, ekspozisiyada və sərgilərdə nümayiş etdirilməsi ilə məşğul olur. Muzeyin binasının tarixi XIX yüzilin ortalarından başlayır. 1850-ci ildə qədim İçəri şəhəri əhatə edən Qala divarları yaxınlığında inşa edilmiş bir mərtəbəli karvansaraya sonradan Bakı quberniyasının baş memarı Qasım bəy Hacıbababəyovun layihəsi ilə ikinci mərtəbə də əlavə olunur.
XX əsrin 20-30-cu illərində Bakıda neft sənayesinin sürətlə inkişaf etməsi, yeni sənaye obyektlərinin tikilib istifadəyə verilməsi şəhərə əhali axınının güclü şəkildə artmasına səbəb oldu. Bu da Azərbaycan paytaxtında nəqliyyat sahəsində ciddi problemlər yaradırdı. Bakıda 1924-cü ildə tramvay, 1926-cı ildə şəhərətrafı elektrik qatarı, 1932-ci ildə avtobus, 1941-ci ildə isə trolleybus xətlərinin istifadəyə verilməsi sərnişindaşıma sahəsindəki çətinlikləri nəzərəçarpacaq dərəcədə aradan qaldırdı. Bakı isə günbəgün böyüyür, inkişaf edirdi. Yeni yaşayış massivlərinin salınması əlavə problemlər yaradırdı.
Neft Daşları Bakı şəhərindən 110 km şərqdə, Pirallahı adasından 50 km cənub-şərqdə, Xəzər dənizinin Azərbaycan sektorunda yerləşir. Dünyanın «səkkizinci möcüzəsi» adlandırılan Neft Daşları indi svaylar üzərində qurulmuş müasir bir qəsəbədir. Xəzər dənizi akvatoriyasında neftin varlığı barədə ilk mənbələr XVIII əsrə təsadüf edir. Burada XIX yüzillikdə və XX əsrin birinci yarısında da tədqiqatlar aparılıb. 1943-1944-cü illərdə keçmiş SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının sessiyalarında Pirallahı adasında böyük neft yatağının, Çilov adasında və "Qara daşlar”da neft təzahürünün olması barədə məruzələr edilib.
Şuşa Azərbaycanın qədim tarixə malik olan şəhər mədəniyyətinin nadir və təkrarsız incilərindəndir. Bakı şəhərindən 373 km, Xankəndidən 11 km məsafədə, dəniz səviyyəsindən 1400 m hündürlükdə, üç tərəfi sıldırım qayalarla əhatə olunmuş dağ yaylasında yerləşir. Şuşa şəhəri zəngin və şanlı tarixi keçmişə malikdir. Eyniadlı rayonun mərkəzidir. Azərbaycan xalqının tarixi ənənələrinin simvolu olan Şuşa, qədim Xocalı-Gədəbəy mədəniyyətinin (e.ə ikinci minilliyin II yarısı – birinci minilliyin əvvəlləri) əhatə dairəsinə daxil olan ən qədim yaşayış yerlərindən biridir. XVIII əsrdə Azərbaycan ərazisində müstəqil xanlıqlar yarandı.
Müstəqil Azərbaycan Respublikası tarixən müxtəlif ictimai-siyasi və mədəni proseslər nəticəsində dünyanın ayrı-ayrı ölkələrində məskunlaşmış soydaşlarımız üçün milli iftixar, mənəvi dayaq və güvənc yeri olmuşdur. Azərbaycan dövləti də müstəqilliyimizin möhkəmləndirilməsi sahəsində dünya azərbaycanlılarının potensial imkanlarını və rolunu yüksək qiymətləndirir, müstəqil dövlət quruculuğu prosesində meydana çıxan müxtəlif problemlərin həllində, xüsusən ölkəmizin beynəlxalq nüfuzunun artmasında xaricdə yaşayan soydaşlarımız və həmvətənlərimizin mütəşəkkil qüvvəyə çevrilməsinə mühüm əhəmiyyət verir.
Azərbaycanda kosmik elm və texnologiyanın inkişafında misilsiz əməyi olan Kərim Kərimov 14 noyabr 1917-ci ildə Bakıda mühəndis-texnoloq ailəsində anadan olub. Atası Abbasəli Sankt-Peterburqda texniki təhsil almış və Azərbaycana qayıdaraq neft sənayesi sahəsində xidmət edib. Anası Sürəyya Hacı Əsədulla qızı Kərimova (Əhmədova) Mesenat Z.Tağıyevin tikdirdiyi Bakı qızlar məktəbinin ilk məzunlarından olub. Babası görkəmli ictimai-siyasi xadim Hacı Əsədulla Hacı Əhməd oğlu Əhmədov Məclisi-Məbusanının təsisi haqqında qanununa (1918, 19 noyabr) əsasən, Cümhuriyyət Parlamentinin üzvü olub.
Bakı Müsəlman Qadın Xeyriyyə Cəmiyyəti - valideynlərini itirmiş uşaqlara, yoxsul ailələrə və qaçqınlara yardım etmək məqsədilə yaradılmış qeyri- hökumət xeyriyyəçilik qurumu olmuşdur. Cəmiyyətin təsisçisi fəal maarifçi Rəhilə Hacıbababəyova idi. Bakı Müsəlman Qadın Xeyriyyə Cəmiyyətinin idarə heyətinin sədri M.S.Tağıyeva, sədrin müavini Rəhilə Hacıbababəyova, katibi Əminə Ağayeva, xəzinədarı Pəri Topçubaşova seçilmişdilər. Xeyriyyəçiliklə yanaşı, müsəlman qadınları arasında savadlılığı və maarifçiliyi yaymaq, şagirdlərə maddi yardım göstərmək cəmiyyətin başlıca məqsədinə çevrildi.
Sumqayıt şəhəri Xəzər dənizinin qərb sahilində, Sumqayıt çayının mənsəbində, düzənlikdədir. Böyüklüyünə görə respublikanın 3-cü şəhəridir. Tarixi mənbələrdə ilk dəfə Sumqayıtın adı ingilis səyyahı Berrou tərəfindən 1580-ci ildə qeyd olunmuşdur. Alman səyyah İ.Lerx XVIII əsrin 30-cu illərində Sumqayıtın yerləşdiyi hazırkı ərazidə axan çayın olduğunu və onun üzərində daş körpünün mövcudluğunu bildirmişdir. Hələ XX əsrin 30-cu illərin ortalarından başlayaraq, keçmiş SSRİ-də geniş miqyasda sənаyеləşmə siyаsətinin reallaşdırılmasına stаrt vеriləndə, Аzərbаycаnın üzərinə iri sənаyе mərkəzinin fоrmаlаşmаsı – Sumqаyıt sənаyе mərkəzinin yаrаdılmаsı düşdü.
Əlyarbəyov Tərlan bəy Abdulla bəy oğlu 1892-ci il noyabrın 28-də Şamaxı şəhərinin Ağsu kəndində zadəgan ailəsində anadan olub. Tərlan bəy 1908-ci ildə Şamaxıdakı altıillik şəhər məktəbini bitirmiş və ordu sıralarına könüllü olaraq piyada kimi yollanmışdır. 1911-ci ildə 3-cü Qafqaz piyada alayının əlaçı əsgəri olan T.Əlyarbəyovu Tiflisdəki Mixaylovsk hərbi piyada məktəbinə oxumağa göndərdilər. 4 illik təhsili zamanı birincilər sırasında olan, bütün fənləri müvəffəqiyyətlə qavrayan Tərlan bəy hərbi məktəbi birinci dərəcəli diplomla bitirərək podporuçik rütbəsində Şamaxıdakı 205-ci piyada alayında xidmətə başladı.
1920-ci ilin aprelində Azərbaycanda, 1920-ci ilin noyabrında Ermənistanda və 1921-ci ilin fevralında Gürcüstanda Sovet hakimiyyəti qurulduqdan sonra Sovet Rusiyası Cənubi Qafqazın 3 sovet respublikasının bir ittifaqda birləşdirmək, sonra isə bu ittifaqı Sovet Rusiyasının tərkibinə qatmaq planlarını həyata keçirməyə başladı. 1921-ci ildə ilk olaraq Zaqafqaziya respublikaları arasında gömrük və sərhəd postlarının aradan qaldırılması, xarici ticarət idarələrinin və dəmir yollarının birləşdirilməsi haqqında qərarlar qəbul olundu. Zaqafqaziya respublikalarının təsərrüfat səylərinin ilkin qaydada birləşdirilməsindən sonra onların tam yaxınlaşması yolunda yeni mərhələ başladı.