Tarixdən səhifələr

Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin təsis olunması haqqında qanunun qəbul edilməsi

Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin təsis olunması haqqında qanunun qəbul edilməsi

Azərbaycan Xalq Cümhuriyyəti və onun Parlamenti çox çətin və mürəkkəb bir tarixi dövrdə meydana gəlmişdi. Rusiyada baş vermiş 1917-ci il fevral inqilabından sonra Zaqafqaziyda Dövlət Dumasına seçilmiş deputatlardan ibarət Zaqafqaziyanın idarəsi üzrə xüsusi komitə, noyabrda isə Zaqafqaziya Komissariatı yaradılır. Zaqafqaziyadan Rusiyanın Müəssisələr Məclisinə seçilmiş və bolşeviklərin oktyabr çevrilişindən sonra orada iştirak edə bilməyən nümayəndələri 1918-ci il fevralın 14-də Tiflisdə toplaşırlar və Zaqafqaziyada ali hakimiyyət orqanı olan Zaqafqaziya Seymini yaradırlar.

Qarakənd faciəsi

Qarakənd faciəsi

Terrorizm müasir dövrün ən təhlükəli təzahürlərindən biridir və müasir dünya bunun acı nəticələrini hələ də yaşayır. Tarixin müxtəlif dönəmlərində Azərbaycan xalqı terror aktlarının, vəhşiliklərin, soyqırımların acı nəticələrini yaşamışdır. İndiyədək Ermənistan tərəfindən etnik terrora məruz qalmış Azərbaycan xalqına qarşı törədilən əməllər insani əxlaqa, qanuna, beynəlxalq hüquqa ziddir. Yaşadığımız tarix göstərir ki, erməni terrorlarının ölkəmizdə sayı-hesabı yoxdur. Qarakənd faciəsi də belə qanlı tarixi hadisələrdən biridir.

Ağdam şəhəri günü

Ağdam şəhəri günü

Ağdam rayonu Azərbaycanın qədim, füsunkar təbiətli torpağı olan Qarabağın mərkəzində – Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalığının qərbində yerləşir.Ağdam rayonu 8 avqust 1930-cu ildə yaradılmışdır. Relyefi əsasən düzənlik, qismən dağlıqdır. Ağdam rayonunun ərazisi 1150 kvadrat kilometr olub, 65 yaşayış məntəqəsini əhatə edir. XX əsrin 50-ci illərindən sonra aparılan tədqiqat işləri buranın qədim insanların yaşayış məskənlərindən olduğunu sübut etmişdir. Rayonun ərazisində qədim tarixə malik yüzlərlə memarlıq və incəsənət abidələri vardır.

Yeni Azərbaycan Partiyasının yaradılması

Yeni Azərbaycan Partiyasının yaradılması

Yeni Azərbaycan Partiyasının yaranması tarixi zərurət, o dövrdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi. Yeni Azərbaycan Partiyasının yaradılması müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanda hakimiyyətin milli maraqlara zidd siyasəti nəticəsində ölkədə ictimai-siyasi böhranın, iqtisadi tənəzzülün hökm sürdüyü dövrə təsadüf edir. O zaman müstəqilliyinin itirilməsi təhlükəsi ilə üzləşən Azərbaycanın ümidi müdrik dövlət xadimi, zəngin dövlətçilik təcrübəsinə malik olan, öz fəaliyyətində xalqın ali mənafeyini, dövlətin milli maraqlarını rəhbər tutan görkəmli siyasi xadim Heydər Əliyevə idi.

Türk Dövlətləri Parlament Assambleyasının təsis edilməsi

Türk Dövlətləri Parlament Assambleyasının təsis edilməsi

Türk Dövlətləri Parlament Assambleyasi (TÜRKPA) 21 noyabr 2008-ci ildə Türkiyə Respublikasının İstanbul şəhərinin “Dolmabaxça Sarayı”nda Azərbaycan Respublikası, Qazaxıstan Respublikası, Qırğızıstan Respublikası və Türkiyə Respublikasının parlament rəhbərlərinin imzaladığı Sazişlə təsis olunmuşdur. 2022-ci ildə Türk Dövlətlərinin Parlament Assambleyası adını alan TÜRKPA müstəqil türk dövlətlərini bir-birinə daha da yaxınlaşdıran mühüm bir qurumdur. 29 sentyabr 2009-cu ildə Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Türk Dövlətlərinin Parlament Assambleyasının (TÜRKPA) ilk plenar sesiyası keçirilmişdir.

Ədliyyə işçilərinin peşə bayramı günü

Ədliyyə işçilərinin peşə bayramı günü

Müstəqil Azərbaycan dövlətinin banisi, Ulu Öndərimiz Heydər Əliyevin 11 noyabr 2000–ci il tarixli sərəncamı ilə 1918–ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin Ədliyyə Nazirliyinin Əsasnaməsinin təsdiq edildiyi gün — 22 noyabr ədliyyə işçilərinin peşə bayramı günü kimi təsis edilmişdir. Ədliyyə sistemi hər bir dövlətin, xüsusən də demokratik–hüquqi cəmiyyətin aparıcı qüvvəsidir. Qədim dövlətçilik ənənələrinə malik olan Azərbaycan Respublikasının ədliyyə sisteminin xalqımızın müstəqillik uğrunda mübarizəsini, onun şanlı keçmişini əks etdirən zəngin tarixi vardır. Azərbaycan ədliyyəsinin şanlı tarixi məhz Şərqin ilk demokratik dövləti olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə bağlıdır.

Kəlbəcər şəhəri günü

Kəlbəcər şəhəri günü

Kəlbəcər rayonu qərbdə Ermənistan respublikası, şimalda Daşkəsən, Göy-Göl, Goranboy, şimali-şərqdə Tərtər, şərqdə Ağdam, Xocalı, cənubda Laçın rayonları ilə həmsərhəddir. Rayonun mərkəzi Kəlbəcər şəhəridir, sahəsi 3054 km2. Kəlbəcər 8 avqust 1930-cu ildə inzibati rayon statusu almışdır. "Kəlbəcər" toponiminin mənşəyi qədim türk dilində (oykonimin ilkin forması Kevliçer kimi qəbul edilib) "çay üstündə qala" deməkdir. Kəlbəcərdəki oronomik toponimlərin hamısı türk mənşəlidir. Bir sıra qədim türk tayfalarının adı bu gün də bu toponimlərdə yaşayır. Kəlbəcər ən qədim insan məskənlərindən biridir. Bu ərazidə ibtidai insanın təşəkkül tapması və formalaşması dördüncü geoloji dövrlə bağlıdır.

Xalq rəssamı Tahir Salahov

Xalq rəssamı Tahir Salahov

Tahir Salahov 29 noyabr 1928-ci ildə Bakı şəhərində anadan olub. 1950-ci ildə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini bitirib. Daha sonra təhsilini Leninqrad ali rəssamlıq sənaye məktəbində davam etdirib. 1951-1957-ci illərdə isə V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq (İncəsənət) İnstitutunda təhsil alıb. T.Salahov “Dalğa” və “Estakada” adlı ilk əsərlərini 1955-ci ildə çəkmiş və həmin əsərlərlə ümumittifaq, xarici və respublika sərgilərində iştirak edib. O, 1957-ci ildə V. İ. Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunu rəssam-nəqqaş peşəsi üzrə bitirmişdir.

“Şərq qadını” jurnalının təsis olunması

“Şərq qadını” jurnalının təsis olunması

Azərbaycanın sovetləşməsinin ilk günlərində qadın mətbuatının yaradılması ideyası da gündəmə gəldi. AK (b) P MK-nın qadın şöbəsinin qarşısında ölkədə qadınların ictimai fəallığının artırılması, dini mövhumata qarşı mübarizə, savadsızlığın ləğvi, xanımların xalq təsərrüfatı və sənaye sahələrinə cəlb olunması ən mühüm məsələlərdən idi. 1923-cü ilin iyulunda AK (b) P MK-nın katibi Əliheydər Qarayev, “Kommunist” qəzetinin redaktoru Həbib Cəbiyev və AK (b) P MK-nın Qadınlar şöbəsinin əməkdaşı Ayna Sultanova qadın jurnalının yaradılması ideyasını irəli sürdülər.

Beynəlxalq İnformasiya Təhlükəsizliyi günü

Beynəlxalq İnformasiya Təhlükəsizliyi günü

1988-ci ildə Amerikanın Kompüter Avadanlığı Assosiasiyası noyabrın 30-nu Beynəlxalq İnformasiya Təhlükəsizliyi Günü (Computer Security Day) elan edib. Bu günün təsis edilməsində məqsəd hər kəsə kompüter informasiyasının mühafizəsinin vacibliyini xatırlatmaq, həmçinin avadanlıq və proqram vasitələri istifadəçiləri və istehsalçılarının diqqətini təhlükəsizlik problemlərinə yönəltmək olub. 1988-ci il noyabrın 30-da “Morris soxulcanı”nın kütləvi epidemiyası qeydə alınıb. Məhz o zaman mütəxəssislər informasiya təhlükəsizliyinin təmin edilməsinə kompleks yanaşmanın zəruriliyi haqqında düşünüblər.