Məhəmməd Füzuli

Kolleksiya: Ədəbi irs

1 / 52
Məhəmməd Füzuli

Məhəmməd Füzuli

Məhəmməd Füzuli Azərbaycan ədəbi-bədii fikrinin inkişafında müstəsna xidmətləri olan, Yaxın və Orta Şərq ədəbiyyatına dərin təsir göstərmiş qüdrətli söz ustasıdır. Dərin elmi biliyə və zəngin dünyagörüşünə malik mütəfəkkir kimi onun həyata, insana və mənəvi kamilliyə çağıran bədii-fəlsəfi irsi Azərbaycan xalqının bəşər mədəniyyəti xəzinəsinə bəxş etdiyi ən qiymətli mənəvi sərvətlərdən hesab olunur. Məhəmməd Füzuli ana dilində yaratdığı yüksək poetik nümunələrlə Azərbaycan ədəbi dilinin inkişafına mühüm töhfələr vermiş, onu yeni bədii-estetik zirvələrə yüksəltmişdir. Dahi sənətkarın parlaq istedadının təcəssümü olan əsərləri yarandığı ilk dövrlərdən etibarən geniş coğrafiyada yayılmış, müəllifinə böyük şöhrət qazandırmış və əsrlər boyu öz aktuallığını qoruyub saxlamışdır. Füzuli zəngin yaradıcılığı ilə bütöv bir ədəbi məktəbin əsasını qoymuşdur. Onun müasirlərindən başlayaraq sonrakı dövrlərin görkəmli sənətkarları Füzuli ənənələrini davam etdirmiş, böyük söz ustadının adını daim ehtiramla yad etmişlər. Təqdim olunan virtual kolleksiyada dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin zəngin ədəbi irsini əks etdirən kitablar toplanmışdır.