Kitab haqqında

Divan: Bakı nüsxəsi

Divan: Bakı nüsxəsi

Divan: Bakı nüsxəsi
Sərlövhə:
Divan: Bakı nüsxəsi
Müəllif:
Füzuli Məhəmməd
Nəşr ili:
2024
Annotasiya:
2017-ci ildə dahi Azərbaycan şairi Məhəmməd Füzulinin Bakıda Əlyazmalar İnstitutunda mühafizə olunan anadilli "Divan"ının əlyazması nüsxəsi UNESCO-nun Dünya Yaddaşı reyestrinə daxil edilərək, ümumbəşəri mədəni irsin ayrılmaz parçası kimi tanınıb. Bu əlamətdar hadisə, Füzuli yaradıcılığının sərhədləri aşaraq həm milli, həm də qlobal ədəbi-mədəni dəyərə çevrildiyini təsdiqləyən tarixi göstəricidir. Məhəmməd Füzulinin türkdilli "Divan"ı Şərq poeziyasının şah əsərlərindən biri kimi sevgi, ilahi eşq, tənhalıq və mənəviyyat mövzusunda yazılmış incə poetik nümunələri ilə seçilir. Bakı nüsxəsi zəngin mətn xüsusiyyətləri ilə Füzuli irsinin ən qiymətli nümunələrindən biridir.

Biblioqrafik təsvir

Füzuli, Məhəmməd. Divan: Bakı nüsxəsi / M. Füzuli; layihənin rəh., elmi red. T. H. Kərimli; ideya müəl. İ. Ə. Həbibbəyli; ərəb və fars dilindən tərc. H. M. Araslı; tərt. C. Cəfərov; AMEA M. Füzuli adına Əlyazmalar İnstitutu.- Bakı: Elm və təhsil, 2024.- 392 s.