Hüseyn Cavid

Kolleksiya: Ədəbi irs

1 / 52
Hüseyn Cavid

Hüseyn Cavid

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, romantizm ədəbi cərəyanının banilərindən biri, şair, dramaturq və mütəfəkkir Hüseyn Cavidin zəngin ədəbi irsinin öyrənilməsi və təbliği məqsədilə yaradılmış kolleksiya onun həyat və yaradıcılığını əhatə edən əsərləri bir araya gətirir. Kolleksiyada sənətkarın şeirləri, poemaları, dram əsərləri, fəlsəfi düşüncələrini əks etdirən bədii nümunələri təqdim olunur. Hüseyn Cavidin əsərlərində insan və cəmiyyət, azadlıq və ədalət, məhəbbət və mənəviyyat, xeyir və şər, insanın mənəvi aləmi və həyatın fəlsəfi mahiyyəti kimi ümumbəşəri mövzular geniş əksini tapmışdır. “İblis”, “İblisin intiqamı”, “Peyğəmbər”, “Topal Teymur”, “Xəyyam” və digər əsərləri Azərbaycan dramaturgiyasının və fəlsəfi lirikasının inkişafında mühüm yer tutur. Kolleksiya Hüseyn Cavidin milli ədəbiyyatımızın inkişafına verdiyi töhfələrin araşdırılması, onun bədii-fəlsəfi irsinin gələcək nəsillərə çatdırılması və geniş oxucu auditoriyası üçün etibarlı informasiya mənbəyinin formalaşdırılması baxımından əhəmiyyət kəsb edir. Bu elektron kolleksiya böyük sənətkarın ədəbi irsinin qorunmasına, sistemli şəkildə öyrənilməsinə və rəqəmsal mühitdə geniş təbliğinə xidmət edir.