- Sərlövhə:
- Əsərləri
- Müəllif:
- Cavid Hüseyn
- Nəşr ili:
- 2013
- Cild:
- 3
- Annotasiya:
- Böyük Azərbaycan mütəfəkkiri, məşhur və xariqüladə pyeslər müəllifi Hüseyn Cavidin yenidən işlənmiş "Əsərləri"nin üçüncü cildinə müqtədir sənətkarın yaradıcılığı və səhnəmizin şah əsərlərindən olub, dünya ədəbiyyatındakı əfsanəvi İblis surətinin çox böyük ustalıqla canlandırıldığı "İblis" faciəsi, mövzusu İstanbul həyatından alınmış "Afət", Peyğəmbərin dahiyanə obrazının öz parlaq əksini tapdığı "Peyğəmbər" və hərb demonunun surətininn yaradıldığı "Topal Teymur" dramı daxil edilmişdir. Cavid yaşadığı cəmiyyətin, mənsub olduğu soyun və bütövlükdə insanlığın problemlərini əks etdirməyə can atdığı üçün onun mövzuca və qaldırılan problem baxımından heç biri digərini təkrarlamayan bu əsərlərində də dünyanın mahiyyətinə varılır, həyatın, xilqətin fəlsəfi dərkinə çalışır.
Biblioqrafik təsvir
Cavid, Hüseyn. Əsərləri: 5 cilddə / H. Cavid; ill. A. Rəsul.
III cild: [dram əsərləri].- Bakı: Şərq-Qərb, 2013.- 272 s.