Atatürkü Anma, Gənclik və İdman Bayramı

Virtual sərgi

Atatürkü Anma, Gənclik və İdman Bayramı

19 May – Atatürkü Anma, Gənclik və İdman Bayramı türk xalqının milli mübarizə tarixində dönüş nöqtəsi hesab olunan əlamətdar günlərdən biridir. 1919-cu il mayın 19-da Mustafa Kemal Atatürk Samsuna gələrək Türkiyənin istiqlal mübarizəsinə rəhbərlik etmiş, bu tarix sonradan milli birlik, azadlıq və müstəqillik rəmzinə çevrilmişdir. Türkiyə Respublikasının banisi olan Atatürk bu günü gənclərə həsr etmiş və gənc nəslin ölkənin gələcəyində mühüm rol oynadığını xüsusi vurğulamışdır. Virtual sərgi Atatürkün həyat və fəaliyyətini, Türkiyə Cümhuriyyətinin qurulması uğrunda aparılan milli mübarizəni, eləcə də gənclik və idmanın cəmiyyət həyatındakı əhəmiyyətini əks etdirən materialları bir araya gətirir. Sərgidə Atatürkün tarixi çıxışları, onun gənclərə ünvanladığı fikirlər, dövrün fotoşəkilləri, arxiv sənədləri, kitablar təqdim olunur. Eyni zamanda, Türkiyədə və türk dünyasında 19 May bayramının qeyd olunma ənənələri, gənclərin və idmançıların uğurları haqqında məlumatlar da yer alır.