Virtual sərgi

27 sentyabr - Anım Günü

27 sentyabr - Anım Günü

Ermənistanın Azərbaycana qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan xalqı işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başlamışdır. Haqq və Şərəf işimiz olan, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız…

Üzeyir Hacıbəyli

Üzeyir Hacıbəyli

Üzeyir Hacıbəyli çoxşaxəli yaradıcılığı ilə Azərbaycan mədəniyyəti tarixində silinməz iz qoymuş qüdrətli şəxsiyyətlərdəndir. Ömrünü cəmiyyətin mədəni tərəqqisinə həsr edən fədakar ziyalının yüksək mənəvi-estetik dəyərə malik irsi Azərbaycan xalqının XX əsrin ilk onilliklərindən vüsət almış ədəbi-mədəni intibahının aynasıdır. Azərbaycan bəstəkarlıq məktəbinin banisi olan Üzeyir Hacıbəyli novator sənətkar kimi milli musiqi xəzinəsini…

Yusif Vəzir Çəmənzəminli — Azərbaycan ədəbiyyatının görkəmli siması

Yusif Vəzir Çəmənzəminli — Azərbaycan ədəbiyyatının görkəmli siması

Yusif Vəzir Çəmənzəminli — XX əsr Azərbaycan ədəbiyyatının və ictimai-siyasi fikir tarixinin tanınmış nümayəndələrindən biridir. O, həm yazıçı, həm publisist, həm diplomat, həm də alim kimi çoxşaxəli fəaliyyət göstərmiş, zəngin və dəyərli irs qoyub. Onun yaradıcılığı milli ədəbiyyatın inkişafında xüsusi rol oynamış, Azərbaycan realist ədəbiyyatının əsas istiqamətlərindən birini formalaşdırmışdır. Çəmənzəminlinin…

Mehriban Əliyeva

Mehriban Əliyeva

Ölkəmizin ictimai-siyasi, mədəni həyatında mühüm rol oynayan Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva dövlət müstəqilliyinin möhkəmləndirilməsi, beynəlxalq əlaqələrin şaxələndirilməsi, dövlətçilik ənənələrinin qorunmasında əvəzolunmaz xidmətləri, uğurlu daxili və xarici siyasəti ilə liderlik nümunəsinə çevrilən Prezident İlham Əliyevlə çətin, məsuliyyətli, bir o qədər də şərəfli yolda birgə addımlayır. Vətənə bağlılıq, dövlətçiliyə sadiqlik,…

Fikrət Qoca - 90

Fikrət Qoca - 90

Fikrət Qoca milli şeir ənənələrindən və dünya bədii fikrinin nailiyyətlərindən uğurla bəhrələnərək orijinal dəst-xəttini formalaşdırmış söz ustalarındandır. Novator şair kimi o, fəal vətəndaşlıq mövqeyinin ifadəsi olan, dərin humanist məzmuna malik əsərləri ilə ötən əsrin 60-cı illərində Azərbaycan poeziyasına yeni ovqat gətirmişdir. Sənətkarın həyat və zaman haqqında lirik-fəlsəfi ümumiləşdirmələrlə zəngin yaradıcılığında…

1 avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü

1 avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü

Hər bir xalqın milli-mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Dil hər bir xalqın varlığının ən əsas, bəlkə də yeganə təminatçısıdır. Azərbaycan xalqının da ana dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir. Ana dilimiz xalqın keçdiyi bütün tarixi mərhələdə onunla birgə olmuş, onun taleyini yaşamışdır. Əsrlər, qərinələrdir ki, xalqımızın…

Azərbaycan milli mətbuatı - 150

Azərbaycan milli mətbuatı - 150

XIX əsrin ikinci yarısında dünyanın neft və sənaye mərkəzlərindən birinə çevrilmiş və iqtisadi yüksəliş dövrünü yaşayan Azərbaycanın ictimai-siyasi və mədəni həyatında əsaslı dəyişikliklər baş vermiş, maarifçilik hərəkatı genişlənməyə başlamış, milli mətbuatın yaranması zərurəti meydana çıxmışdı. Məhz buna görə də 150 il əvvəl – 1875-ci il iyulun 22-də görkəmli ziyalı, təbiətşünas…

Seyid Əzim Şirvani - 190

Seyid Əzim Şirvani - 190

Seyid Əzim Şirvani yaradıcılığı boyu həm Şərq poeziyasının çoxəsrlik ənənələrini yüksək sənətkarlıqla davam etdirmiş, həm də mühüm ictimai-siyasi dəyişikliklərin baş verdiyi bir şəraitdə Azərbaycan ədəbiyyatının yeni maarifçilik ideyaları ilə zənginləşməsində əhəmiyyətli rol oynamışdır. Dəyərli poetik nümunələrdən ibarət parlaq lirikasında mənəvi gözəlliyi tərənnüm edən şair, eyni zamanda, realist satiralarında dövrün aktual…

Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü

Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü

26 iyun 1918-ci il tarixli qərarla Müsəlman Korpusunun adı dəyişdirilərək Əlahiddə Azərbaycan Korpusu adlandırıldı və bununla da milli silahlı qüvvələrin yaradılması istiqamətində mühüm addım atıldı. Prezident Heydər Əliyevin 22 may 1998-ci il Sərəncamına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu və…

23 İyun - Dövlət Qulluqçularının Peşə Bayramı Günü

23 İyun - Dövlət Qulluqçularının Peşə Bayramı Günü

Dövlətin və onun vətəndaşlarının qulluğunda durmaq, öz vəzifə və səlahiyyətlərini qanunvericiliyə uyğun qurmaq, gördüyü işi ilə vətəndaşın dövlətə və dövlət qulluğuna inam və güvəncini artırmaq, davranışı və əməlləri ilə yetişən nəslə örnək olmaq mənəvi cəhətdən insanı zənginləşdirir. Hər bir dövlət qulluqçusunun uğuru ümumilikdə dövlətimizin uğurudur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham…