Qara Qarayev

Virtual sərgi

Qara Qarayev

"Qara Qarayev" adlı virtual sərgi XX əsr Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndəsi, dünya şöhrətli bəstəkar, akademik Qara Əbdülhəsən oğlu Qarayevin zəngin yaradıcılıq irsinə həsr olunmuşdur. Sərgidə bəstəkarın həyat və fəaliyyətinin əsas mərhələləri, musiqi yaradıcılığının inkişaf yolu və Azərbaycan professional musiqisinin formalaşmasındakı müstəsna rolu geniş şəkildə əks etdirilir. Bu virtual sərgi Qara Qarayevin milli musiqi irsinə verdiyi töhfələri, klassik və müasir musiqi ənənələrinin sintezini, eləcə də onun dünya musiqi mədəniyyətində tutduğu mövqeyi əks etdirməklə musiqişünaslar, tələbələr və geniş oxucu auditoriyası üçün dəyərli məlumat mənbəyi kimi nəzərdə tutulmuşdur.