











































2016-cı ilin aprel ayında baş vermiş və tarixə Aprel döyüşləri kimi daxil olan hərbi toqquşmalar Qarabağ münaqişəsinin ən gərgin mərhələlərindən biri olmuşdur. Cəmi dörd gün davam edən bu döyüşlər Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında cəbhə xəttində baş vermiş, regionda siyasi və hərbi vəziyyətin dəyişməsinə ciddi təsir göstərmişdir. Aprel döyüşləri zamanı Azərbaycan Ordusu bir sıra strateji yüksəklikləri və yaşayış məntəqələri ətrafındakı mövqeləri nəzarətə götürərək əməliyyat üstünlüyü əldə etmişdir. Bu hadisələr nəticəsində uzun illər davam edən mövqe müharibəsində status-kvonun dəyişə biləcəyi aydın şəkildə nümayiş etdirilmişdir. Döyüşlər həmçinin müasir Zhərbi texnologiyaların tətbiqi, taktiki manevrlər və operativ qərarların əhəmiyyəti baxımından diqqət çəkmişdir. Virtual sərgi bu mühüm tarixi hadisəni müxtəlif aspektlərdən təqdim etməyi məqsəd qoyur. Sərgidə döyüşlərin xronologiyası, iştirakçıların xatirələri, hərbi əməliyyatların xəritələri, foto və video materiallar, həmçinin qəhrəmanlıq nümunələri əks olunur. Xüsusilə, döyüşlərdə iştirak etmiş hərbçilərin igidliyi, şəhidlərin xatirəsi və onların Vətən uğrunda göstərdikləri fədakarlıq ön plana çəkilir. Sərginin əsas məqsədi ziyarətçilərə Aprel döyüşlərinin mahiyyətini, səbəblərini və nəticələrini dolğun şəkildə çatdırmaq, eyni zamanda milli yaddaşın qorunmasına və gələcək nəsillərə ötürülməsinə töhfə verməkdir. Bu kontekstdə sərgi həm tarixi maarifləndirmə, həm də vətənpərvərlik ruhunun aşılanması baxımından mühüm əhəmiyyət kəsb edir.