Kitabda 44 günlük Vətən müharibəsində misilsiz qəhrəmanlıqlar göstərən şəhid leytenant, tank komandiri, şair Murad Nağıyevin keçdiyi həyat və döyüş yolundan bəhs olunur. Müharibənin ilk günündən döyüşə yollanan Murad Nağıyev Horadiz kəndinin alınmasında şücaət göstərmiş, Füzuli, Cəbrayıl, Hadrut və Zəngilanın düşmən işğalından azad edilməsində fəal iştirak edərək düşmənin strateji əhəmiyyətli obyektlərini, çoxsaylı texnikasını və canlı qüvvəsini məhv etmişdir.
Biblioqrafik təsvir
Murad: xatirələr və şeirlər: [Şəhid Murad Nağıyev haqqında] / tərt.: B. Hümbətli, S. Nağıyev; ideya müəl. O. Nağıyev; red. İ. İlyaslı.- Bakı: Təhsil, 2022.- 264 s.