Kitabda torpaqlarımızın işğaldan azad edilməsi yolunda şəhid olmuş qəhrəmanlar haqqında xronoloji məlumatlar da daxil olmaqla hər bir şəhidin bədii obrazı yaradılmışdır. Kitab 2016-cı il Aprel döyüşlərində, 2020-ci il 12-17 iyul hadisələrində, 44 günlük Vətən müharibəsində, 2022-ci il 12-13 sentyabr döyüşlərində, 2023-cü ilin 19-20 sentyabr tarixində Qarabağ iqtisadi rayonunda aparılmış lokal xarakterli antiterror tədbirləri zamanı, eləcə də müxtəlif vaxtlarda xidməti vəzifələrini yerinə yetirərkən şəhid olmuş qazaxlı oğullara həsr edilmişdir.
Biblioqrafik təsvir
İsmayıl, Elçin. Vətəni canından əziz bilənlər: tarixi-publisist kitab / E. İsmayıl ; Qazax Rayon İcra Hakimiyyəti.- Bakı: Red N Line, 2023.- 304 s.