





























































Virtual sərgi Azərbaycan Respublikasının qədim diyarlarından biri olan Naxçıvanın zəngin tarixi, mədəni irsi və milli-mənəvi dəyərlərinə həsr edilmişdir. Sərgidə Naxçıvanın minilliklərə söykənən tarixi keçmişi, arxeoloji abidələri və nadir memarlıq nümunələri ilə yanaşı, bu diyarın Azərbaycan dövlətçiliyi tarixində tutduğu mühüm yer, yetişdirdiyi görkəmli şəxsiyyətlər, zəngin folklor irsi və milli ənənələri haqqında kitablar təqdim olunur.