Kitabdakı ayrı-ayrı oçerklər və mətnlər Naxçıvan Muxtar Respublikasının yaradılması, müstəqillik dövründə Naxçıvan MR-nın timsalında muxtar dövlətin optimal siyasi idarəçilik modelinin təşəkkül tapması, onun siyasi-hüquqi statusunu, Azərbaycana bağlılığını təmin edən konstitusion sənədlərin- muxtariyyətin öz konstitusiyalarının, Azərbaycan konstitusiyalarında Naxçıvanın statusu ilə bağlı hüquqi normaların və SSRİ konstitusiyalarında muxtariyyətlərin fəaliyyəti ilə əlaqəli müddəaların təhlilinə həsr edilmişdir. Əsərə Naxçıvan Muxtar Respublikasının 1924-cü ildə qəbul edilmiş Əsasnaməsinin, 1926-cı, 1937-ci, 1978-ci və 1998-ci illərdə qəbul olunmuş konstitusiyalarının tam mətni, Azərbaycan konstitusiyalarından isə muxtariyyətlə bağlı çıxarışlar daxil edilmişdir.
Biblioqrafik təsvir
Naxçıvan Muxtar Respublikası konstitusiyalarda / tərt., mətnin müəl. E. Y. Cəfərli, red. F. Y. Səfərli.- Bakı: Elm və Təhsil, 2014.- 208 s.