Monoqrafiya Naxçıvan Muxtar Respublikas ərazisində 2010-2019-cu illərdə qeydə alınan və tədqiq edilən iyirmidən çox Eneolit dövrü abidəsinin arxeoloji materialları əsasında yazılmışdır. Naxçıvanda Eneolit dövrünün kompleks halda və sistemli şəkildə araşdırılması mədsədi ilə Naxçıvançay vadisində yerləşən yeni abidələrlə yanaşı, Arpaçay vadisində daha əvvəldən məlum olan 5 abidənin materialları da cəlb edilmişdir. Onların təhlilinə əsasən Naxçıvanın Eneolit mədəniyyətinin 5 mərhələ üzrə dövrləşdirilməsi aparılmış və Cənubi Qafqaz regionundakı yeri müəyyənləşdirilmişdir.
Biblioqrafik təsvir
Quliyeva, Zeynəb Kərim qızı. Naxçıvanın eneolit dövrü abidələri: monoqrafiya / Z. K. Quliyeva; elmi red. V. B. Baxşəliyev; AMEA Naxçıvan bölməsi, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutu.- Naxçıvan: Əcəmi NPB, 2020.- 184 s.