












































2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə təşkil olunmuş bu virtual sərgi gənclərin intellektual, sosial və mənəvi inkişafını əks etdirən nəşrləri əhatə edir. Sərgidə gənclər siyasətinin əsas istiqamətlərinə, gənclərin cəmiyyətdə roluna, onların təhsil səviyyəsinin yüksəldilməsinə, vətənpərvərlik tərbiyəsinə və milli-mənəvi dəyərlərin qorunmasına həsr olunmuş kitablar təqdim edilir. Sərgi oxuculara gənclərin potensial imkanlarının inkişafı və cəmiyyətin tərəqqisində rolunun daha dolğun şəkildə dərk edilməsi baxımından mühüm məlumat mənbəyi təqdim edir.