Novruz bayramı

Virtual sərgi

Novruz bayramı

Virtual sərgi Azərbaycan xalqının ən qədim və əziz bayramlarından biri olan Novruz bayramına həsr edilmişdir. Baharın gəlişini, təbiətin oyanışını və yeni ilin başlanğıcını simvolizə edən Novruz əsrlər boyu xalqımızın milli-mənəvi dəyərlərini, birlik və həmrəylik ruhunu yaşadan mühüm bayram kimi formalaşmışdır. Sərgidə Novruzun tarixi köklərini, onun yaranması və inkişaf mərhələlərini, dörd çərşənbənin (Su, Od, Yel və Torpaq) mənasını, eləcə də bayramla bağlı xalq adət-ənənələrini əks etdirən kitablar təqdim olunur.