Birinci bölümdə yazar gənclərin dinə artan ilgilərini gözönünə alaraq, türklərin ilk doğma dini olan tanrıçılığın bir sıra gələnəklərini aydınlaşdırmışdır. İkinci bölümdə ilk bilqamıs (peyğəmbər) olan Xızırın kimliyi və türk gələnəyində yeri göstərilmişdir. Üçüncü bölümdə tanrıçılıq inancından və kurallarından qısa bilgilər verilmişdir. Dördüncü bölümdə ta keçmişdən yaz (Novruz) bayramının necə keçirildiyini xalqa göstərmək istəmişdir.
Biblioqrafik təsvir
Mehdioğlu, İsa. Türk dünyasında Xızır fenomeni / İ. Mehdioğlu.- Bakı: 3 saylı Bakı mətbəəsi ASC, 2017.- 168 s.