Virtual sərgi Azərbaycan tarix elminin görkəmli nümayəndəsi, tanınmış tarixçi-alim, şərqşünas və tədqiqatçı Sara Aşurbəylinin zəngin elmi irsinə həsr edilmişdir. Sərgidə alimin Azərbaycan tarixinin müxtəlif dövrlərinə, xüsusilə Bakı şəhərinin orta əsr tarixinə, Şirvanşahlar dövlətinə, etnogenez, mədəniyyət və şəhərsalma problemlərinə dair monoqrafiyaları, eləcə də onun elmi fəaliyyəti haqqında nəşr olunmuş əsərlər təqdim olunur. Təqdim edilən kitablar Sara Aşurbəylinin Azərbaycan tarixşünaslığında tutduğu mühüm yeri, elmi araşdırmalarının dəqiqliyini və zəngin mənbəşünaslıq bazasına əsaslanan tədqiqatlarını əyani şəkildə nümayiş etdirir.