Beynəlxalq Muzeylər Günü

Virtual sərgi

Beynəlxalq Muzeylər Günü

Hər il 18 may tarixində qeyd olunan Beynəlxalq Muzeylər Günü bəşəriyyətin tarixi, mədəniyyəti və mənəvi irsinin qorunaraq gələcək nəsillərə çatdırılmasında muzeylərin mühüm rolunu diqqətə çatdırır. Bu əlamətdar gün münasibətilə təqdim olunan virtual sərgi xalqımızın zəngin mədəni irsini, tarixi yaddaşını və milli-mənəvi dəyərlərini əks etdirən materialları bir araya gətirir. Sərgidə muzey işi, Azərbaycan tarixi, mədəniyyəti və incəsənəti ilə bağlı nəşrlər, həmçinin görkəmli şəxsiyyətlər haqqında materiallar nümayiş olunur. Virtual sərginin əsas məqsədi cəmiyyətin muzeylərə marağını artırmaq, milli irsimizin təbliğini genişləndirmək və mədəni dəyərlərin qorunmasının vacibliyini vurğulamaqdır. Muzeylər keçmişlə bu gün arasında mənəvi körpü olmaqla yanaşı, elm, maarifçilik və mədəniyyət məkanları kimi də mühüm əhəmiyyət daşıyır. Azərbaycan muzeyləri xalqımızın çoxəsrlik tarixini, zəngin mədəniyyətini və milli kimliyini yaşadan qiymətli xəzinədir. Bu baxımdan, muzeylərin qorunması və gələcək nəsillərə çatdırılması hər birimizin mənəvi borcudur.