Prezident Kitabxanasında 9 May – İkinci Dünya müharibəsində Qələbə gününə həsr olunmuş virtual kitab sərgisi təşkil edilib. Sərgidə Azərbaycan xalqının 1941-1945-ci illər müharibəsində döyüş meydanında və arxa cəbhədə göstərdiyi şücaətə, eləcə də müharibənin beynəlxalq nəticələrinə dair zəngin nəşrlər yer alır.
Virtual sərgidə Azərbaycan, ingilis, rus və digər dillərdə nəşr olunmuş kitablar, sənədlər, memuarlar və elmi-tarixi araşdırmalar təqdim olunur.
Layihənin əsas məqsədi faşizm üzərində qələbənin tarixi əhəmiyyətini bir daha xatırlatmaq, gənc nəslin yaddaşında milli qürur hissini möhkəmləndirmək və ictimaiyyəti zəngin informasiya mənbələri ilə təmin etməkdir.
Virtual kitab sərgisi Prezident Kitabxanasının rəsmi internet portalında yerləşdirilmişdir və 9 May Qələbə qünü ilə bağlı ətraflı və sistemli biliklər əldə etmək istəyən hər kəs üçün etibarlı bir mənbə rolunu oynayır.
Böyük Vətən müharibəsi dövründə SSRİ tərkibinə daxil bütün xalqlar ilə birlikdə Azərbaycan xalqı da hitlerçi işğalçılara qarşı qəhrəmancasına mübarizə aparıb. 1941-1945-ci illərdə təqribən 700 min həmvətənimiz ön cəbhəyə yola düşmüş…