Xəbərlər

Prezident Kitabxanasının fondu yeni nəşrlərlə zənginləşdi

Prezident Kitabxanasının fondu yeni nəşrlərlə zənginləşdi

Prezident Kitabxanasının fondu yeni nəşrlərlə zənginləşdi

2025-ci il aprelin 18-də Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının fondu yeni nəşrlərlə zənginləşib. “Mütərcim” – Tərcümə və Nəşriyyat-Poliqrafiya Mərkəzi tərəfindən müxtəlif elm sahələrini əhatə edən dəyərli kitablar Prezident Kitabxanasına hədiyyə olaraq təqdim olunub.

Kitablar Azərbaycan, ingilis və rus dillərində nəşr edilmiş və geniş spektrli mövzuları əhatə edir. Yeni daxil olan nəşrlər Prezident Kitabxanasının fondunu daha da gücləndirərək tədqiqatçılar, tələbələr və geniş oxucu kütləsi üçün dəyərli mənbə təşkil edir.

Təqdim olunan ədəbiyyat Prezident Kitabxanasının çoxdilli və çoxprofilli fondunun daha da zənginləşdirilməsinə, müxtəlif elmi istiqamətlər üzrə keyfiyyətli mənbələrin əlçatanlığının artırılmasına xidmət edir.

Bu təşəbbüs Mütərcim” – Tərcümə və Nəşriyyat-Poliqrafiya Mərkəzinin elmi biliklərin yayılmasına və müasir tələblərə uyğun nəşr fəaliyyətinə verdiyi töhfənin göstəricisidir.