E-Layihələr

Azərbaycan-Türkiyə: diplomatik əlaqələr

Azərbaycan-Türkiyə: diplomatik əlaqələr

Azərbaycan-Türkiyə: diplomatik əlaqələr

Layihə haqqında

Prezident Kitabxanasının əməkdaşlarının hazırladıqları 5 bölmədən və 14 alt bölmədən ibarət “Azərbaycan-Türkiyə: diplomatik əlaqələr” elektron resursu iki qardaş ölkə arasında münasibətlərin real mənzərəsini özündə əks etdirir. 1991-ci ildə yenidən öz dövlət müstəqilliyini əldə etdikdən sonra onu ilk tanıyan və diplomatik əlaqə quran Türkiyə Cümhuriyyəti ilə Azərbaycan Respublikası arasında münasibətlər təhlil edilmiş və bu münasibətlərin dinamik inkişafını özündə əks etdirən “Xronologiya” tərtib edilmişdir. Elektron resursun “Sənədlər” bölməsində Azərbaycanla Türkiyə arasında xarici siyasətlə bağlı imzalanan sənədlərin elektron versiyaları istifadəçilərə təqdim edilir. “E-resurslar” bölməsində kitabxana fonduna daxil olan seçmə kitabların və məqalələrin elektron versiyaları yerləşdirilib. “Biblioqrafiya” bölməsində isə elektron resursun mövzusunu əhatə edən kitabların, məqalələrin və avtoreferatların biblioqrafiyası istifadəçilərə təqdim edilir. “Fotoqalereya” bölməsində iki qardaş ölkənin dostluq münasibətlərinin fotoxronikası əks olunmuşdur.