Xəbərlər

Prezident Kitabxanası “Heydər Əliyev” adlı virtual kitab sərgisini təqdim edir

Prezident Kitabxanası “Heydər Əliyev” adlı virtual kitab sərgisini təqdim edir

Prezident Kitabxanası “Heydər Əliyev” adlı virtual kitab sərgisini təqdim edir

Prezident Kitabxanasında müstəqil Azərbaycan dövlətinin banisi, Ümummilli lider Heydər Əliyevin həyatına və zəngin irsinə həsr olunmuş virtual kitab sərgisi təşkil edilib. Sərgidə böyük dövlət xadiminin həyat yolu, siyasi fəaliyyəti, dövlət quruculuğundakı xidmətləri və uzaqgörən strateji baxışları haqqında müxtəlif dillərdə nəşr olunmuş sanballı mənbələr təqdim olunur.

Virtual ekspozisiyada Azərbaycan, ingilis, rus və digər dillərdə çap olunmuş kitablar, elmi-tədqiqat əsərləri, xatirələr, publisistik yazılar və rəsmi sənədlər yer alır. Sərgi Heydər Əliyev şəxsiyyətinin çoxşaxəli fəaliyyətini əhatə edən etibarlı və sistemli şəkildə təqdim olunan informasiya mənbələrinə çevik və rahat çıxış imkanı yaradır.

Layihənin məqsədi Ümummilli liderin Azərbaycan tarixindəki misilsiz rolunu nəzərə çatdırmaq, onun dövlətçilik fəlsəfəsinin və ideyalarının bu gün də aktuallığını qoruyub saxlandığını nümayiş etdirməkdən ibarətdir.

Tədqiqatçılar, müəllimlər, tələbələr, dövlət qulluqçuları və geniş oxucu auditoriyası üçün nəzərdə tutulan virtual kitab sərgisi Prezident Kitabxanasının rəsmi internet portalında yerləşdirilib.

Bundan əlavə, Prezident Kitabxanasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş, “Mən fəxr edirəm ki, azərbaycanlıyam” adlı müxtəlif dillərdə nəşrləri əhatə edən kitab sərgisi də təşkil edilmişdir.

Virtual sərgi
Heydər Əliyev

Heydər Əliyev

Heydər Əliyev öz müdrik rəhbərliyi, siyasi uzaqgörənliyi, qətiyyəti və əzmkarlığı ilə zəmanəmizin görkəmli siyasi xadimi kimi tanınmış, Azərbaycan xalqının ümummilli liderinə çevrilmişdir. Azərbaycanda dövlətçilik ənənələrinin XX əsrin sonlarında bərpa edilib…