Xəbərlər

Prezident Kitabxanasının fonduna yeni nəşr olunmuş qanunvericilik məcəllələri daxil edilib

Prezident Kitabxanasının fonduna yeni nəşr olunmuş qanunvericilik məcəllələri daxil edilib

Prezident Kitabxanasının fonduna yeni nəşr olunmuş qanunvericilik məcəllələri daxil edilib

2025-ci il aprelin 28-də Prezident Kitabxanasının fondları mühüm hüquqi nəşrlərlə daha da zənginləşdirilmişdir. Azərbaycan Respublikasının Konstitusiyası və əsas qanunvericilik məcəllələrinin əlavə və dəyişikliklərlə yenidən nəşr olunmuş versiyaları Kitabxananın hüquq sahəsində fəaliyyət göstərən tədqiqatçılar, dövlət qurumları əməkdaşları və hüquqşünaslar üçün etibarlı və aktual məlumat mənbəyi kimi təqdim olunur.

Daxil olan nəşrlər sırasında “Azərbaycan Respublikasının Konstitusiyası”, “Konstitusiya hüququ”, habelə müvafiq sahələri əhatə edən aşağıdakı məcəllələr yer alır:

“Azərbaycan Respublikasının Ailə Məcəlləsi”, “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi”, “Azərbaycan Respublikasının Gömrük Məcəlləsi”, “Azərbaycan Respublikasının Əmək Məcəlləsi”, “Azərbaycan Respublikasının Vergi Məcəlləsi”, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi”, “Azərbaycan Respublikasının Mülki Məcəlləsi”, “Azərbaycan Respublikasının Cinayət-Prosesual Məcəlləsi”, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsi”, “Azərbaycan Respublikasının Mülki-Prosesual Məcəlləsi” və s.

Yeni nəşrlər hüquqi normaların aktuallaşdırılmış mətnlərini təqdim etməklə hüquqi tənzimləmələrin izahı və tətbiqi baxımından praktiki əhəmiyyət daşıyır. Onların fonda daxil edilməsi, hüquqi informasiya təminatının gücləndirilməsinə, eləcə də vətəndaşların hüquqi savadlılığının artırılmasına yönəlmişdir.

Prezident Kitabxanası istifadəçilərə ölkənin hüquq sisteminin əsas sütunlarını təşkil edən bu sənədləri ən son redaksiyada təqdim etməklə hüquqi məlumatlara əlçatanlığı və aktual informasiyanın yayımını təmin etməyə davam edir.