E-Layihələr

Nəriman Nərimanov

Layihə haqqında

Azərbaycan Respublikası Prezidentinin 14 fevral 2020-ci il tarixli “Nəriman Nərimanovun 150 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamının icrası çərçivəsində Prezident Kitabxanası tərəfindən “Nəriman Nərimanov” adlı elektron layihə hazırlanmışdır. Azərbaycan və rus dillərində tərtib edilmiş layihə yeddi bölmədən ibarətdir. Tədqiqatçılar və geniş oxucu auditoriyası üçün nəzərdə tutulan bu elektron resursda Azərbaycanın görkəmli yazıçısı və dövlət xadimi Nəriman Nərimanovun pedaqoji, tibbi, ədəbi, dramaturji, publisistik, maarifçi və dövlət xadimi kimi çoxşaxəli fəaliyyətinə dair materiallar toplanmışdır. Layihədə, həmçinin Nəriman Nərimanovun əsərləri və onu haqqında yazılmış kitabların, məqalələrin və avtoreferatların bilioqrafiyası və elektron versiyaları təqdim olunur.