2025-ci ilin aprel ayının sonlarında Prezident Kitabxanasının fonduna “Baku Book Center” MMC tərəfindən Türkiyə Respublikasının nüfuzlu nəşriyyatlarında çap olunmuş çoxsaylı nəşrlər daxil olmuşdur. Kitablar türk dilindədir və tarix, siyasət, iqtisadiyyat, fəlsəfə, incəsənət, folklor, din və digər humanitar sahələrə dair elmi, publisistik və analitik məzmunlu materialları əhatə edir.
Fondun yeni nəşrlərlə zənginləşdirilməsi Prezident Kitabxanasının informasiya təminatı və elmi tədqiqat imkanlarının genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Daxil olan ədəbiyyat nümunələri həm klassik, həm də müasir dövrlərə dair tədqiqatları əhatə etməklə, geniş oxucu auditoriyası üçün faydalı mənbə funksiyasını daşıyacaqdır.