E-Layihələr

Azərbaycan ekologiyası

Azərbaycan ekologiyası

Azərbaycan ekologiyası

Layihə haqqında

Əhalinin ekoloji maarifləndirilməsini və ekoloji mədəniyyətin formalaşdırılmasını təmin etmək məqsədilə Prezident Kitabxanası Azərbaycan, ingilis və rus dillərində hazırlanmış “Azərbaycan ekologiyası” adlı sənəd-informasiya layihəsini internet istifadəçilərinə təqdim edir. Bu resursda ölkədə həyata keçirilən ekoloji siyasətin əsas istiqamətlərini təhlil edən, həmçinin Azərbaycan ərazisində biomüxtəlifliyin mövcud vəziyyətini və onun qorunması üzrə aparılan tədbirləri araşdıran geniş materiallar toplanmışdır. Bununla yanaşı, resursda dövlət müstəqilliyinin bərpasından sonra ekologiya və ətraf mühit sahələrinə dair qəbul edilmiş rəsmi normativ-hüquqi sənədlər, eləcə də Azərbaycan Respublikasının tərəfdar çıxdığı bütün beynəlxalq konvensiyalar sistemli şəkildə əks etdirilmişdir.