Tədbirlər
Prezident Kitabxanasında 20 Yanvar faciəsinə dair foto və kitab sərgisi keçirilmişdir
17 yanvar 2020-ci il tarixində 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar Prezident Kitabxanasında nümayiş etdirilən foto və kitab sərgisinin açılış mərasimi keçirilmişdir. Mərasimdə Azərbaycan, ingilis və rus dillərində hazırlanan “20 Yanvar. Təcavüz. 1990” elektron resursun yenilənmiş versiyası da təqdim edilib.
Tədbirə aid materiallar:
- Prezident Kitabxanasında 20 Yanvar şəhidlərinə həsr edilmiş foto və kitab sərgisinin açılışı olub // Respublika. - 2020.- 18 yanvar. - № 10. - S. 3.
- Cavanşir. '20 Yanvar. Təcavüz 1990': Prezident Kitabxanasında elektron nəşrin yenilənmiş versiyasının təqdimatı olub // Azad Azərbaycan. - 2020.- 18 yanvar. - № 5. - S. 5.
- Prezident Kitabxanasında 20 Yanvar şəhidlərinə həsr edilmiş foto və kitab sərgisinin açılışı olub // AZƏRTAC.-2020.-17 yanvar.
- 20 Yanvar – xalqın iradəsinin sınaqdan çıxdığı gün // Xalq qəzeti. - 2020.- 12 yanvar. - № 5. - S. 3.
“Azərbaycan diasporu” elektron kitabxana layihəsinin təqdimatı keçirilib
2020-ci ilin yanvarın 10-da Prezident Kitabxanasının əməkdaşlarının hazırladığı “Azərbaycan diasporu” elektron layihə istifadəçilərə təqdim edilib.
Tədbirə aid materiallar:
Prezident Kitabxanasında “Azərbaycan diplomatiyası” adlı elektron resursun təqdimatı olub
2019-cu ilin iyulun 5-də Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında Azərbaycan diplomatiyasının 100 illiyi münasibətilə “Azərbaycan diplomatiyası” adlı elektron resursun təqdimat mərasimi keçirilib.
Tədbirə aid materiallar:
- Prezident Kitabxanasında “Azərbaycan diplomatiyası” adlı elektron resursun təqdimatı olub // Respublika.-2019.- 6 iyul.- №144.- S. 4.
- Prezident Kitabxanasında “Azərbaycan diplomatiyası” adlı elektron resursu istifadəçilərə təqdim edilib // Trend.-2019.- 5 iyul.
- Hikmət Hacıyev: Azərbaycanın xarici ölkələrdə diplomatik nümayəndəliklərinin sayı artır // Mövqe.- 2019.- 6 iyul.- №108.- S. 2.
Prezident Kitabxanasında Yaqub Mahmudovun xarici dillərdə çap olunan kitablarının təqdimatı olub
2019-cu ilin fevralin 6-da Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi Prezident Kitabxanasında Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudovun xarici dillərdə nəşr olunan kitablarının təqdimat mərasimi keçirilib. Təqdimat mərasimi Prezident Kitabxanasının təşkilatçılığı və Tarix İnstitutunun dəstəyi ilə reallaşıb. Eyni zamanda Prezident Kitabxanasının Konfrans zalında xarici dillərdə çap olunan kitablarının sərgisi də təşkil olunmuşdur. Sərgidə nümayiş olunan kitablar Prezident Kitabxanasına hədiyyə edilmişdir
Tədbirə aid materiallar:
“İlham Əliyev. Elektron külliyyat”ının təqdimat mərasimi
Prezident Kitabxanasının Konfrans zalında 2018-ci ilin may ayının 1-də “İlham Əliyev. Elektron külliyyat” elektron nəşrinin təqdimatı keçirilmişdir.
Tədbirə aid materiallar:
- “İlham Əliyev. Elektron külliyyat” adlı yeni resursun təqdimatı olub // AZƏRTAC.-2018.- 1 may.
- Azərbaycan Prezidentinin həyat və fəaliyyətini əks etdirən “İlham Əliyev. Elektron külliyyat” adlı yeni elektron resurs təqdim edilib // Trend.-2018. 1 may.
- “İlham Əliyev. Elektron külliyyat” adlı yeni resursun təqdimatı olub // Azərbaycan.-2018.-2 may.-№ 98.-S.3.
“Erməni saxtakarlığı. Yalan üzərində qurulan tarix” kitabının təqdimat mərasimi
2018-ci ilin martın 29-da Prezident Kitabxanasının Konfrans zalında “Erməni saxtakarlığı. Yalan üzərində qurulan tarix” kitabının təqdimat mərasimi keçirilmişdir.
Tədbirə aid materiallar:
- Bayramqızı, Əfsanə. “Erməni saxtakarlığı. Yalan üzərində qurulan tarix”in təqdimatı // Xalq qəzeti.-2018.-30 mart.-№ 70.-S.8.
- “Erməni saxtakarlığı. Yalan üzərində qurulan tarix” kitabı ictimaiyyətə təqdim olunub // AZƏRTAC.-2018.-29 mart.
- “Erməni saxtakarlığı. Yalan üzərində qurulan tarix” kitabının təqdimatı keçirilib // 1news.az.-2018.-29 mart.
“Azərbaycan–UNESCO əlaqələri” adlı elektron layihənin təqdimatı olmuşdur
2017-ci il dekabrın 25-də Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının Kitabxana işinin avtomatlaşdırılması və elektron resurslar şöbəsi tərəfindən hazırlanmış “Azərbaycan–UNESCO əlaqələri” elektron layihəsi internet istifadəçilərinə təqdim edilmişdir.
Tədbirə aid materiallar:
- 25 illik əməkdaşlığın elektron xronikası // Mədəniyyət.-2017.-27 dekabr.- № 101.-S.8.
- UNESCO ilə əməkdaşlıq Azərbaycanın xarici siyasətində əsas istiqamətlərdən birini təşkil edir // Azərbaycan.-2017.-26 dekabr.- № 286.- S.12.
- Prezident Kitabxanasında “Azərbaycan–UNESCO əlaqələri” adlı elektron layihə hazırlanıb // AZƏRTAC.-2017.-25 dekabr.
“Azərbaycan və İslam dünyası” elektron resursunun təqdimatı olub
2017-ci il iyunun 6-da Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının Konfrans zalında “Azərbaycan və İslam dünyası” elektron layihəsinin kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə təqdimatı olub.
Tədbirə aid materiallar:
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə əlaqədar toplantı
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə əlaqədar Prezident Kitabxanasının Konfrans zalında toplantı keçirilmişdir. Toplantı iştirakçıları əvvəlcə Ümummilli liderin kitabxanadakı büstü önündə xatirə şəkli çəkdirmiş və zalda təşkil olunmuş geniş kitab sərgisinə baxmışlar.
Tədbirə aid materiallar:
Prezident Kitabxanasında “Azərbaycan ədəbiyyatı özbək dilində” layihəsinin təqdimatı olub
2017-ci ilin mart ayının 29-da Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının Konfrans zalında “Azərbaycan ədəbiyyatı özbək dilində” layihəsinin təqdimatı olub.
Tədbirə aid materiallar:
- “Azərbaycan ədəbiyyatı özbək dilində” layihəsi ölkələrimiz arasında mədəni əlaqələrin inkişafına layiqli töhfədir // Azərbaycan.-2017.-30 mart.-№ 64.-S.5.
- “Azərbaycan ədəbiyyatı özbək dilində” layihəsi ölkələrimiz arasında mədəni əlaqələrin inkişafına layiqli töhfədir // Palitra.-2017.-30 mart.-№ 53.-S.2.
- Prezident Kitabxanasında layihə təqdimatı oldu // SİA.-2017.-29 mart.
Prezident Kitabxanasında “Soyqırım Muzeyi” kitab-albomu təqdim edilib
Fevralın 16-da Azərbaycan Respublikasının Hərbi Prokurorluğu ilə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) A. Bakıxanov adına Tarix İnstitutunun birgə ərsəyə gətirdiyi “Soyqırım Muzeyi” kitab-albomunun və Hərbi Prokurorluğun sifarişi ilə Müdafiə Nazirliyinin nəzdindəki Sənədli və Tədris Filmləri Kinostudiyasında hazırlanan “Əsrin faciəsi” sənədli filminin təqdimat mərasimi keçirilib.
Tədbirə aid materiallar:
- Prezident Kitabxanasında “Soyqırım Muzeyi” kitab-albomu təqdim edilib // Azərbaycan.-2017.-17 fevral.-№36.-S.5
- Xocalı faciəsinin baş verməsində həmin dövrdə Azərbaycana rəhbərlik edənlərin də günahı var idi // Mövqe.- 2017.- 17 fevral. -№ 30.- S.4.
- Hərbi prokuror: Erməni terrorçularının istifadə etdikləri partladıcı qurğular muzeydə saxlanılır // Trend.-2017.-16 fevral.
- “Əsrin faciəsi” sənədli filminin və “Soyqırım Muzeyi” kitab-albomun təqdimat mərasimi keçirilib // REPORT.-2017.-16 fevral.
“Görkəmli dövlət və elm xadimi Əziz Əliyev (1897-1962)” elektron resursunun təqdimatı
25 yanvar 2017-ci ildə Prezident Kitabxanasının Konfrans zalında görkəmli dövlət və elm xadimi Əziz Əliyevin həyat və fəaliyyətini özündə əks etdirən elektron resursunun təqdimatı olmuşdur.
Tədbirə aid materiallar:
Prezident Kitabxanasında bir sıra nəşrlərin təqdimatı keçirilib
2016-cı ilin noyabrın 24-də Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında Azərbaycan, ingilis və rus dillərində hazırlanmış “İrəvan xanlığı: Erməni vandallarının yox etdiyi Xan sarayı”, “İrəvan xanlığı: Erməni vandallarının yox etdiyi İrəvan məscidləri”, “İrəvan xanlığı: İrəvan qalası – qəhrəmanlıq qalası” və “Çuxursəd hakimləri və İrəvan xanları” əsərlərinin təqdimatı olub.
Tədbirə aid materiallar:
Görkəmli kitabxanaşünas alim Abuzər Xələfovla görüş
17 noyabr 2016-cı il tarixində Prezident Kitabxanasının Konfrans zalında görkəmli kitabxanaşünas alim, tarix elmləri doktoru, professor Abuzər Xələfovla kitabxana kollektivinin görüşü keçirilmişdir.
Tədbirə aid materiallar:
“Azərbaycan multikulturalizmi” veb sayt və elektron kitabxana layihəsinin təqdimatı
20016-cı ilin oktyabrın 14-də Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında “Azərbaycan multikulturalizmi” elektron kitabxanasının və veb saytının təqdimatı keçirilib.
Tədbirə aid materiallar:
“Azərbaycan Respublikasının tarixi” ikicildliyinin təqdimatı
2016-cı il oktyabrın 13-də Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının Konfrans zalında “Azərbaycan Respublikasının tarixi” ikicildliyinin təqdimat mərasimi keçirilib.
Tədbirə aid materiallar:
“Erməni iddiaları işığında Qarabağın etnosiyasi və mədəni tarixi” əsərinin təqdimat mərasimi keçirilmişdir
2016-cı il iyul ayının 22-də Prezident Kitabxanasında “Erməni iddiaları işığında Qarabağın etnosiyasi və mədəni tarixi” üçcildliyinin I cildi “Qarabağ Qafqaz Albaniyası dövründə” əsərinin təqdimat mərasimi keçirilmişdir.
Tədbirə aid materiallar:
“MEHRİBAN ƏLİYEVA. Azərbaycanın birinci xanımının fəaliyyəti mətbuat səhifələrində” tammətnli elektron nəşrinin təqdimatı
2016-cı ilin iyun ayının 9-da Prezident Kitabxanasında “Mehriban Əliyeva. Azərbaycanın birinci xanımının fəaliyyəti mətbuat səhifələrində” adlı Tammətnli elektron nəşrin təqdimat mərasimi keçirilmşdır.
Tədbirə aid materiallar:
“Azərbaycan xalqına qarşı 1918-ci il soyqırımları” kitabının təqdimatı
2016-cı il fevralın 19-da Prezident Kitabxanasının Konfrans zalında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.Bakıxanov adına Tarix İnstitutunun və Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun birgə layihəsi əsasında hazırlanmış və nəşr olunmuş “Azərbaycan xalqına qarşı 1918-ci il soyqırımları” kitabının təqdimatı keçirilib.
Tədbirə aid materiallar:
“Türk xalqlarının kitab abidələri” adlı Elektron kitabxananın təqdimatı
8 oktyabr 2015-ci ildə Prezident Kitabxanasının Konfrans zalında Prezident Kitabxanası əməkdaşlarının hazırladığı “Türk xalqlarının kitab abidələri” adlı Elektron kitabxananın təqdimat mərasimi keçirilmişdir.
Tədbirə aid materiallar:
- Prezident Kitabxanasında “Türk xalqlarının kitab abidələri. Elektron Kitabxana” adlı resurs yaradılıb // Azərbaycan.- 2015.- 9 oktyabr.- № 219.- S. 5.
- Türk xalqlarının kitab abidələri elektron formatda // “Mədəniyyət”.-2015.-9 oktyabr.-N 78.-S.13.
- Abdullayeva, S. “Türk xalqlarının kitab abidələri. Elektron kitabxana” təqdim edilib // “525-ci qəzet”.-2015.-10 oktyabr.-№ 185.-S.10.
“Azərbaycanın neft və qaz ehtiyatları: bir dövlətin regional enerji mərkəzinə çevrilməsi” kitabının təqdimatı
2015-ci il may ayının 6-da Prezident Kitabxanasının Konfrans zalında Azərbaycanın neft strategiyasının banisi, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə Fazil Zeynalovun Kanadanın məşhur “Publibook” nəşriyyatında fransız dilində nəşr olunmuş “Azərbaycanın neft və qaz ehtiyatları: bir dövlətin regional enerji mərkəzinə çevrilməsi” kitabının təqdimatı keçirilmişdir.
Tədbirə aid materiallar:
“Dünyanı bəzəyən Abbasın tarixi“ əsərinin təqdimatı
2015-ci ilin fevralın 9-da Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında XVI əsrdə yaşamış görkəmli tarixçi, şair və xəttat İsgəndər bəy Münşinin 'Dünyanı bəzəyən Abbasın tarixi' ('Tarixi-aləm arayi-Abbasi') əsərinin Azərbaycan dilinə tərcümə edilmiş variantının təqdimatı keçirilmişdir.
Tədbirə aid materiallar:
"ERMƏNİ VANDALİZMİ: əsirlikdə olan Azərbaycan abidələri" adlı yeni elektron layihənin təqdimatı
28 yanvar 2015-ci ildə Prezident Kitabxanasının Konfrans zalında "ERMƏNİ VANDALİZMİ: əsirlikdə olan Azərbaycan abidələri" adlı elektron layihənin təqdimatı keçirilmişdir.
Tədbirə aid materiallar:
“Naxçıvan Muxtar Respublikası” elektron layihənin ingilis dilində versiyasının təqdimatı
2014-cü il aprelin 24-də Prezident Kitabxanasında Naxçıvan Muxtar Respublikasının yaranmasının 90 illiyi ilə əlaqədar “Naxçıvan Muxtar Respublikası” adlı elektron layihənin yenilənmiş variantının və onun yeni yaradılmış ingilis versiyasının təqdimatı olmuşdur.
Tədbirə aid materiallar:
Kitab təqdimatı
2014-cü il fevralın 7-də Prezident Kitabxanasında AMEA A. A. Bakıxanov adına Tarix İnstitutunun direktoru, əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, AMEA-nın müxbir üzvü, millət vəkili Yaqub Mahmudovun anadan olmasının 75 illik yubileyi ərəfəsində seçilmiş əsərlərinin 12 cildliyinin, “Real tarix və “Böyük Ermənistan” uydurması” kitabının, əsərlərinin “Biblioqrafik göstəricisi”nin və tarixçi alim Yeganə Gözəlovanın yazdığı “Tarix elmində Yaqub Mahmudov məktəbi” kitablarının təqdimat mərasimi keçirilmişdir.
Tədbirə aid materiallar:
Heydər Əliyevin 90 illik yubileyi ilə bağlı birgə sərgi açılmışdır
2013-cü ilin mayın 6-da kitabxananın foyesində Prezident Kitabxanası ilə Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc-ın) ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ilə bağlı fotolar və nəşrlərdən ibarət birgə sərgisi açılmışdır.
Tədbirə aid materiallar:
Ümummilli lider Heydər Əliyevə həsr olunmuş nəşrlərin təqdimatı
2013-cü il dekabrın 7-də Prezident Kitabxanasında Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşlarının Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr etdikləri “Heydər Əliyev” ikicildlik tədqiqatlar toplusunun və “Heydər Əliyev. Azərbaycan elminin keşiyində. Sənədlər və materiallar” ikicildliyinin təqdimat mərasimi keçirilmişdir.
Tədbirə aid materiallar:
Beynəlxalq elmi-praktik konfrans
2013-cü il iyunun 28-29-da Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının yaradılmasının on illiyinə həsr olunmuş 'Dövlət idarəetmə orqanlarının sənəd-informasiya təminatı: müasir vəziyyət və inkişaf perspektivləri' mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilmişdir.
Tədbirə aid materiallar:
- Bakıda “Dövlət idarəetmə orqanlarının sənəd-informasiya təminatı: müasir vəziyyət və inkişaf perspektivləri” mövzusunda Beynəlxalq elmi-praktik konfrans keçirilir // AzərTAc.-2013.-28 iyun.
- Bakıda beynəlxalq elmi-praktik konfrans çərçivəsində Prezident və Parlament kitabxanaları rəhbərlərinin müşavirəsi keçirilmişdir // Azərbaycan.-2013.-29 iyun.-№ 139.-S.8.
- Yelena Jabko: Məqsədimiz Azərbaycanın Prezident Kitabxanasının işi ilə əyani tanış olmaqdır // AzərTAc.- 2013.- 28 iyun.
- Lyudmila Naumova: Son 10 ildə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası ilə səmərəli əməkdaşlıq etmişik // AzərTAc.- 2013.- 28 iyun.
- Piroska Darvasi: 'Bakıda özümü doğma evimdə olduğu kimi hiss etdim' // Xalq qəzeti.-2013.-2 iyul.-№ 141.-S.9..
- Mehmet Toprak: Azərbaycanın inkişafından təkcə sevinmədim, həm də fəxr etdim // Xalq qəzeti .-2013.-5 iyul.-№ 144.-S.6.
İrəvan şəhərinin tarixinə həsr edilmiş veb-saytın təqdimatı
2013-cü il mayın 17-də Prezident Kitabxanasının Konfrans zalında İrəvan şəhərinin tarixinə həsr edilmiş www.iravan.info web saytının (Azərbaycan və rus dillərində) təqdimat mərasimi keçirilmişdir.
Tədbirə aid materiallar:
Kitabxanaçılıq-informasiya fakültəsi – 50 il
2012-ci ilin noyabr ayının 27-də Prezident Kitabxanasının Konfrans zalında Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya fakültəsinin yaradılmasının 50 illik yubileyinə həsr olunmuş “Qloballaşan cəmiyyət və kitabxanaçılıq-informasiya fəaliyyəti” mövzusunda Respublika elmi konfransı keçirilmişdir.
Tədbirə aid materiallar:
Tarixçi alim S. Qaşqayın şəxsi kitabxanasının Prezident Kitabxanasına verilməsi
2012-ci ilin iyulun 5-də saat 12:00-da Prezident Kitabxanasının Konfrans zalında tarixçi alim, qədim dövr Azərbaycan tarixi üzrə görkəmli mütəxəssis Solmaz Qaşqayın şəxsi kitabxanasının Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasına verilməsinə həsr olunmuş mərasim keçirilmişdir.
Tədbirə aid materiallar:
Abuzər Xələfov – 80
7 dekabr 2011-ci il tarixində saat 11:00-da Prezident Kitabxanasının Konfrans zalında tarix elmləri doktoru, professor Abuzər Xələfovla kitabxana kollektivinin görüşü keçirilmişdir.
Tədbirə aid materiallar:
“Müstəqil Azərbaycan-20: iqtisadi inkişaf yolu” kitabının təqdimatı
14 oktyabr 2011-ci il saat 11.00-da Prezident Kitabxanasının Konfrans zalında Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynovun “Müstəqil Azərbaycan-20: iqtisadi inkişaf yolu” kitabının təqdimat mərasimi keçirilmişdir.
Tədbirə aid materiallar:
“Heydər Əliyev ideyalarının zəfər yürüşü” kitabının təqdimatı
6 may 2011-ci il saat 11.00-da Prezident Kitabxanasının Konfrans zalında Milli Elmlər Akademiyasının müxbir üzvü, Milli Məclisin deputatı, AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun direktoru Y. Mahmudovun “Heydər Əliyev ideyalarının zəfər yürüşü” kitabının təqdimat mərasimi keçirilmişdir.
Tədbirə aid materiallar:
“The Iravan Khanate” və “Иреванское ханство” kitablarının təqdimatı
7 oktyabr 2010-cu il saat 11.00-da Prezident Kitabxanasının Konfrans zalında AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun nəşr etdirdiyi “The Iravan Khanate” və “Иреванское ханство” kitablarının təqdimatı keçiriləcəkdir.
Tədbirə aid materiallar:
"Vətən tarixi"nə aid kitabların təqdimatı
16 iyun 2010-cu il saat 14.00-da Prezident Kitabxanasında Azərbaycan xalqının Milli qurtuluş günü münasibətilə AMEA-nın A. Bakıxanov adına Tarix İnstitutunun son dövrlərdə nəşr etdirdiyi kitabların sərgisi və onların Prezident Kitabxanasında hazırlanmış elektron versiyalarının təqdimatı keçirilmişdir.
Tədbirə aid materiallar:
XX əsrin faciəsi - Xocalı soyqırımı
2010-cu ilin fevralın 25-də saat 15.00-da Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında “XX əsrin faciəsi - Xocalı soyqırımı” adlı tammətnli elektron nəşrin yenilənmiş variantının və “Səs” informasiya agentliyinin (SİA) hazırladığı “Xocalı soyqırımı” adlı diskin (DVD) təqdimat mərasimi keçirilmişdir.
Tədbirə aid materiallar:
- Prezident Kitabxanasında Xocalı soyqırımı ilə bağlı diskin təqdimatı keçirilmişdir // AzərTAc.- 2010.- 25 fevral
- Prezident Kitabxanasında Xocalı soyqırımı ilə bağlı diskin təqdimatı olmuşdur // Azərbaycan.-2010.-26 fevral.-№ 45.-S.3.
- “Xocalı soyqırımı” diskinin təqdimatı keçirilib // Yeni Azərbaycan.-2010.-26 fevral.-№36.-S.3.
- Xocalı soyqırımının dəhşətləri… // Şərq.- 2010.- 26 fevral.- № 36.- S.2.
Təcavüz. Bakı. 20 Yanvar 1990
18 yanvar 2010-cu ildə saat 12.00-da Prezident Kitabxanasının Böyük oxu zalında Azərbaycan, rus və ingilis dillərində hazırlanmış “Təcavüz. Bakı. 20 Yanvar 1990” adlı Elektron resursun təqdimatı keçirilmişdir.
Tədbirə aid materiallar:
- Prezident Kitabxanası tərəfindən hazırlanmış “Təcavüz. Bakı. 20 Yanvar 1990” elektron nəşrinin təqdimatı olmuşdur // AzərTAc.- 2010.- 18 yanvar
- Əmircanov, Paşa. Tariximizin faciə və qəhrəmanlıq səhifəsi: Prezident Kitabxanası 20 Yanvarla bağlı hazırladığı yeni elektron nəşri təqdim etdi // Xalq qəzeti.-2010.-19 yanvar.-№ 13.-S.5.
- “Təcavüz. Bakı. 20 Yanvar 1990” Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kitabxanası tərəfindən elektron resursun təqdimatı keçirildi // Səs.-2010.-19 yanvar.-N.10.-S. 5.
- 20 Yanvara həsr edilmiş elektron resurs yaradılıb // Palitra.-2010.-19 yanvar.-№6.-S.2.
- Virtual məkanda ilk dəfə olaraq 20 Yanvar faciəsinə dair dolğun materiallar toplusu internet istifadəçilərinə təqdim olunmuşdur // Rabitə dünyası.-2010.-22 yanvar.-№2.-S.2.
“Heydər Əliyev - 40 il Azərbaycan uğrunda”
14 iyul 2009-cu ildə saat 11-də Prezident Kitabxanasının Konfrans zalında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 14 iyul 1969-cu ildən Azərbaycana rəhbərlik etməsinin ildönümü ilə bağlı “Heydər Əliyev - 40 il Azərbaycan uğrunda” multimedia diskinin təqdimatı keçirilmişdir.
Tədbirə aid materiallar:
“Heydər Əliyev: Dövlət xalq üçündür” kitabının və digər nəşrlərin təqdimatı
5 may 2009-cu ildə saat 12-də Prezident Kitabxanasının Konfrans zalında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 86 illiyi münasibətilə təşkil edilmiş kitab sərgisində Azərbaycan Respublikası Hərbi Prokurorluğu tərəfindən hazırlanmış kitabların elektron versiyalarının təqdimatı keçirilmişdir.
Tədbirə aid materiallar:
Naxçıvan Muxtar Respublikası - 85
22 aprel 2009-cu ildə Prezident Kitabxanasında “Naxçıvan Muxtar Respublikası - 85” adlı İnternet resursun təqdimatı keçirilmişdir. Tədbir iştirakçıları, həmçinin Naxçıvana həsr olunmuş kitab sərgisi, “Muxtariyyət tarixi sənədlərdə” adlı arxiv materialları və Naxçıvana dair kitabların əməkdaşlarımız tərəfindən hazırlanmış elektron versiyası ilə tanış olmuşlar.
Tədbirə aid materiallar:
- Prezident Kitabxanası “Naxçıvan Muxtar Respublikası - 85” adli internet resurs hazırlamışdır // AzərTAc.- 2009.- 22 aprel.
- Əmircanov, P. Prezident Kitabxanası Naxçıvan Muxtar Respublikasının 85 illiyi ilə bağlı internet resurs yaratmışdır // Xalq qəzeti.- 2009.- 23 aprel.-S. 8.
- Şahinoğlu, Aqşin. Naxçıvan Muxtar Respublikasının 85 illik yubileyi ilə bağlı silsilə tədbirlər davam edir // Yeni Azərbaycan.- 2009.- 23 aprel .- S. 5.
- Əliyeva. Y., Rəhimzadə. N. Naxçıvan qədim diyar: Prezident Kitabxanası muxtar respublikanın 85 illik yubileyi münasibətilə bu adda internet resurs hazırlayıb // İki sahil.- 2009.- 23 aprel.-S. 4.
- Əliyarlı, Kübra. Naxçıvan Muxtar Respublikası - 85″ adlı internet resursunun təqdimat mərasimi keçirildi: 7 bölmədən ibarət olan internet resursunda Naxçıvanla bağlı müxtəlif məlumatlar yerləşdirilib // Səs.- 2009.- 23 aprel.-S. 5.
- Muradzadə, Rasim. Naxçıvan - Nuh vurdu, dünyanın tacı: Prezident Kitabxanası əlamətdar yubiley münasibətilə “Naxçıvan Muxtar Respublikası-85″ adlı internet resurs hazırlayıb // Azad Azərbaycan”.- 2009.- 24 aprel.- S. 5.
Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş kitab sərgisi
2008-ci il dekabr ayının 12-də Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anım gününə həsr olunmuş geniş kitab sərgisi təşkil olunmuşdur.
Heydər Əliyev - 85
2008-ci il may ayının 7-də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 85 illik yubileyi münasibətilə Prezident Kitabxanasında hazırlanmış “Heydər Əliyev. Elektron Sənədlər Toplusu” internet resursu istifadəçilərə təqdim edilmişdir. İnternet resursun təqdimatı zamanı ümummilli liderin Prezident Kitabxanasındakı büstü önünə gül-çiçək dəstələri qoyulmuş, həyatının müxtəlif dövrlərini əhatə edən fotoşəkillərdən ibarət slayd göstərilmiş, yubiley münasibətilə təşkil olunmuş zəngin kitab sərgisinə baxış keçirilmişdir.
Tədbirə aid materiallar:
Mir Cəlal Paşayev - 100
2008-ci ilin aprelin 22-də Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında görkəmli ədəbiyyatşünas alim, yazıçı Mir Cəlal Paşayevin anadan olmasının 100 illiyi ilə əlaqədar xatirə günü keçirilmişdir. Kitabxananın əməkdaşları tərəfindən hazırlanmış “Mir Cəlal Paşayev – 100” Elektron biblioqrafik göstərici yeni variantda qonaqlara təqdim edilmişdir.
Tədbirə aid materiallar: