E-Layihələr

Ağdam

Layihə haqqında

44 günlük Vətən müharibəsində əldə olunmuş tarixi qələbəmizi əbədiləşdirmək və işğaldan azad edilmiş şəhərlərin günlərini təsis etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti 31 iyul 2023-cü il tarixində Sərəncam imzalayıb. Bu Sərəncama əsasən hər ilin noyabr ayının 20-sinin “Ağdam şəhəri günü” kimi təntənəli şəkildə qeyd olunması qərara alınıb.
Prezident İlham Əliyevin gündəlik qayğısı və nəzarəti sayəsində Qafqazın “Xirosiması” adlandırılan Ağdam şəhəri və Ağdam rayonunun yaşayış məntəqələri müasir tələblərə uyğun şəkildə yenidən qurulur. Prezident Kitabxanasının hazırladığı “Ağdam” elektron layihəsi Qarabağ iqtisadi rayonuna daxil olan Ağdam rayonunun tarixi, 28 il erməni işğalında viran edilmiş tarixi-mədəni və dini abidələrimiz, işğaldan azad edildikdən sonra vüsət alan genişmiqyaslı bərpa və quruculuq işləri və Böyük Qayıdış barədə seçmə materiallardan ibarət elektron topludur.
 

https://aghdam.preslib.az/