Azərbaycan Respublikasında Yerli özünüidarəetmə qurumu olan bələdiyyələrin yarandığı vaxtdan, 1999-cu ildən başlayaraq Azərbaycan Respublikasının Konstitusiyasındakı bələdiyyələr haqqında bölmə də daxil olmaqla bütün qanunvericilik sənədləri – qanun, fərman və sərəncamların mətni, bələdiyyə seçkiləri haqqında məlumatlar bu elektron sənədlər toplusunda öz əksini tapmışdır. Elektron layihə doqquz bölmədən və beş altbölmədən ibarətdir.
Layihənin “E-resurslar” bölməsində kitabların və məqalələrin elektron versiyaları toplanmışdır. “Biblioqrafiya” bölməsində isə elektron layihənin mövzusunu əhatə edən kitablar, məqalələr və avtoreferatlar təqdim olunur.