44 günlük Vətən müharibəsində əldə olunmuş tarixi qələbəmizi əbədiləşdirmək və işğaldan azad edilmiş şəhərlərin günlərini təsis etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti 31 iyul 2023-cü il tarixində Sərəncam imzalayıb. Bu Sərəncama əsasən hər ilin noyabr ayının 25-nin “ Kəlbəcər şəhəri günü” kimi təntənəli şəkildə qeyd olunması qərara alınıb.
Prezident İlham Əliyevin gündəlik qayğısı və nəzarəti sayəsində Kəlbəcər şəhəri və Kəlbəcər rayonunun yaşayış məntəqələri müasir tələblərə uyğun şəkildə yenidən qurulur.
Prezident Kitabxanasının hazırladığı “Kəlbəcər” elektron layihəsi Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Kəlbəcər rayonunun tarixi, 28 il erməni işğalında viran edilmiş tarixi-mədəni və dini abidələrimiz, işğaldan azad edildikdən sonra böyük vüsət alan genişmiqyaslı bərpa və quruculuq işləri və Böyük Qayıdış barədə seçmə materiallardan ibarət elektron topludur.