Bu elektron layihə Bakı şəhərinin tarixi, iqtisadiyyatı, mədəniyyəti, incəsənəti haqqında Prezident Kitabxanasının fonduna daxil olan materiallar əsasında Azərbaycan, ingilis və rus dillərində tərtib edilib. 10 bölmə və 38 alt bölmədən ibarət olan resursa Bakı tarixinin müxtəlif dövrlərini əhatə edən sənədlərin tam mətnləri də əlavə edilib. İstifadəçilərin marağını nəzərə alaraq layihədə fotoqalereya və videoqalereya bölmələri də yaradılıb. Resursda istifadəçilər həmçinin, çoxlu sayda kitabların, müxtəlif qəzet və jurnal məqalələrinin tam mətnlərindən də istifadə edə bilirlər.