Xəbərlər

Prezident Kitabxanasında 15 İyun – Milli Qurtuluş Gününə həsr edilmiş videoçarx hazırlanıb və ənənəvi kitab sərgisi təşkil olunub

Prezident Kitabxanasında 15 İyun – Milli Qurtuluş Gününə həsr edilmiş videoçarx hazırlanıb və ənənəvi kitab sərgisi təşkil olunub

Prezident Kitabxanasında 15 İyun – Milli Qurtuluş Gününə həsr edilmiş videoçarx hazırlanıb və ənənəvi kitab sərgisi təşkil olunub

Prezident Kitabxanasında 15 İyun – Milli Qurtuluş Günü münasibətilə videoçarx hazırlanıb, həmçinin ənənəvi kitab sərgisi təşkil olunub.

Milli Qurtuluş Günü münasibətilə hazırlanmış videoçarxda Azərbaycanın müstəqilliyinin ilk illərində ölkədə hökm sürən mürəkkəb ictimai-siyasi vəziyyət, ölkənin müstəqilliyi üçün yaranmış təhlükələr, xalqın tələbi ilə Ümummilli lider Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışı və 1993-cü il 15 iyun tarixinin Azərbaycan dövlətçiliyinin taleyində dönüş nöqtəsinə çevrilməsi tarixi faktlar və arxiv materialları əsasında əks etdirilir. Videoçarxda, eyni zamanda, Milli Qurtuluşdan sonra ölkədə ictimai-siyasi sabitliyin təmin olunması, dövlət quruculuğu prosesinin sürətlənməsi, Azərbaycanın inkişaf yoluna qədəm qoyması, beynəlxalq mövqeyinin möhkəmlənməsi və Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan uğurlar dövlətçilik ənənələrinin davamlılığı kontekstində öz əksini tapır.

Prezident Kitabxanasında təşkil edilən ənənəvi kitab sərgisində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin həyat və siyasi fəaliyyətinin müxtəlif mərhələlərini, milli dövlət quruculuğu prosesindəki müstəsna xidmətlərini, müasir Azərbaycan dövlətinin inkişafında oynadığı tarixi rolu və zəngin dövlətçilik irsini əks etdirən müxtəlif dillərdə nəşr olunmuş kitablar təqdim olunur.

Ekspozisiyada nümayiş etdirilən nəşrlərdə Heydər Əliyev irsinin müxtəlif istiqamətləri geniş şəkildə işıqlandırılır. Kitablarda Ümummilli liderin dövlətçilik fəlsəfəsi, azərbaycançılıq ideologiyasının konseptual əsasları, milli maraqlara söykənən daxili və xarici siyasət kursu, enerji strategiyası, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması və dövlət təhlükəsizliyinin möhkəmləndirilməsi istiqamətində fəaliyyəti, eləcə də Azərbaycan dili, ədəbiyyatı, mədəniyyəti və milli-mənəvi dəyərlərin qorunması sahəsində həyata keçirdiyi siyasət, yaradıcı və elmi ictimaiyyətlə münasibətləri, milli mətbuatın inkişafına göstərdiyi diqqət və ictimai-siyasi fikrin formalaşmasına təsiri ilə bağlı elmi, sənədli, bioqrafik və memuar xarakterli nəşrlər yer alır.

Sərgidə təqdim olunan nəşrlər Heydər Əliyev irsinin müxtəlif istiqamətlərinin daha dərindən araşdırılması, Azərbaycanın müasir siyasi tarixinin və dövlətçilik ənənələrinin elmi tədqiqi baxımından mühüm əhəmiyyət daşıyır. Kitab sərgisi tədqiqatçılar, mütəxəssislər, müəllimlər, tələbələr və geniş oxucu auditoriyası üçün dəyərli elmi-informasiya mənbəyi olmaqla, Ümummilli liderin siyasi irsinin, dövlətçilik fəlsəfəsinin və müasir Azərbaycan dövlətinin formalaşmasındakı tarixi rolun daha yaxından tanıdılmasına xidmət edir.

15 İyun – Milli Qurtuluş Günü, eləcə də Ümummilli lider Heydər Əliyevin zəngin siyasi və dövlətçilik irsi haqqında daha dolğun məlumat əldə etmək istəyən oxucular Prezident Kitabxanası tərəfindən hazırlanmış “Heydər Əliyev. Elektron sənədlər toplusu” layihəsi vasitəsilə mövzuya dair geniş elmi, tarixi və sənədli materiallarla tanış ola bilərlər.

Elektron layihə
Heydər Əliyev. Elektron sənədlər toplusu

Heydər Əliyev. Elektron sənədlər toplusu

“HEYDƏR ƏLİYEV. Elektron sənədlər toplusu” geniş oxucu kütləsinin istifadəsi məqsədilə sənədlərin rəqəmsal formatda hazırlanması və təbliğini təmin edən kompleks informasiya sistemidir. Müxtəlif oxucu qruplarının, o cümlədən tədqiqatçıların Ümummilli liderin zəngin…

Sərgilənən kitablar