Kitabın yazılmasında Ümummilli Lider Heydər Əliyevin dövlətçilik siyasətində ədəbiyyatın roluna ayrılan yerin bəzi mühüm tərəflərinə aydınliq gətirmək əsas məqsəd kimi seçilmişdir. Bu məqsədi gerçəkləşdirmək üçün Ulu Öndərin ədəbiyyatımızın tarixi inkişaf yolu və dövrlərinə, əsas nümayəndələrinin yaradıcılığına, sovet dövrü ədəbiyyatımıza, folklorumuza, dünya və türk xalqları ədəbiyyatına dair fikirləri ayrı-ayrı məqalələrdə xüsusi araşdırma obyekti olur. Onun ədəbi fakta tarixilik kateqoriyasının tələbləri ilə dəyər vermək konsepsiyası önə çıxarılır. Bu kontekstdə ədəbiyyatımızın inkişaf yolu ilə bağlı Ümummilli Liderin baxışları və mövqeyi tarixi ədəbi prosesi janrların yaddaşında izləməyin, ədəbi şəxsiyyətlərimizi, eyni zamanda, müasir ədəbiyyatımızı qiymətləndirmənin açarına çevrilir.
Biblioqrafik təsvir
Ümummilli liderin ədəbiyyat strategiyası / M. N. Hüseynova, T. Salamoğlu, K. Həsənova [et al.]; layihənin rəh. M. N. Hüseynova; elmi red.: T. Salamoğlu, R. Məmmədov; Azərbaycan Dövlət Pedaqoji Universiteti.- Bakı: Elm və təhsil, 2023.- 296 s.