Prezident Kitabxanasının biblioqrafik informasiya fəaliyyətinin mühüm istiqamətlərindən biri olan biblioqrafik göstəricilər müxtəlif mövzuları əhatə etməklə istifadəçilərin (oxucuların) informasiya tələbatının ödənilməsi məqsədilə yaradılır.

Azərbaycan qanunvericiliyi: biblioqrafik baza

Bu biblioqrafik verilənlər bazasında 1991-ci ildən indiyədək rəsmi mənbələrdə dərc edilmiş qanunvecilik sənədləri - Azərbaycan Respublikasının Qanunları, Azərbaycan Respublikası Prezidentinin imzaladığı fərman və sərəncamlar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qəbul etdiyi qərarlar öz əksini tapmışdır. Sənədlər növünə, qəbul edilmə tarixinə, dövlət qeydiyyat nömrəsinə və açar sözlərə görə axtarıla bilər.

Ətraflı

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı

Bu elektron biblioqrafik göstəricidə "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın yerinə yetirilməsi ilə əlaqədar dövri mətbuatda dərc edilmiş materialların biblioqrafik təsviri regionlar üzrə xronoloji ardıcıllıqla verilir.

Ətraflı

Yeni kitablar

Bu göstəricidə kitabxana fonduna daxil olan yeni kitabların annotasiyalı biblioqrafik təsvirləri Kitabxana-Biblioqrafiya Təsnifatı (KBT) üzrə Azərbaycan, rus və digər dillər üzrə verilmişdir.

Ətraflı

Avtoreferatlar

Bu göstəricidə kitabxana fonduna daxil olan avtoreferatların biblioqrafik təsvirləri illər, ixtisas kodları və Kitabxana-Biblioqrafiya Təsnifatı (KBT) üzrə Azərbaycan, rus və ingilis dillərində düzülmüşdür.

Ətraflı

Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı

Biblioqrafik göstəricidə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları ilə bağlı dövlət tədbirləri, rəsmi sənədlər, bu Proqramalrın yerinə yetirilməsi ilə əlaqədar dövri mətbuatda dərc edilmiş materialların biblioqrafik təsviri xronoloji ardıcıllıqla verilmişdir.
Biblioqrafik göstərici mütəmadi olaraq yenilənir.

Ətraflı