E-Layihələr

Şuşa

Layihə haqqında

Prezident Kitabxanasının əməkdaşlarının ərsəyə gətirdikləri “Şuşa” adlı elektron layihə Azərbaycanın qədim mədəniyyət mərkəzi olan Şuşanın Ermənistan ordusunun işğalından azad olunması – Zəfər Gününə həsr edilmişdir. Azərbaycan, ingilis və rus dillərində olan layihə 6 fəsildən, 22 alt bölmədən ibarətdir. “Tarix” adlanan birinci fəsildə Şuşa şəhərinin salınmasından günümüzədək şəhərin tarixinə dair ən mühüm məqamlar öz əksini tapır. Layihənin “Sosial-mədəni həyat” adlanan fəslində 1992-ci ildə şəhərin işğalınadək şəhər əhalisinin dinamikası, milli tərkibi və mədəni həyatı haqqında müfəssəl məlumat verilir. “Görkəmli şəxsiyyətlər” fəslində Azərbaycanın elm, təhsil, mədəniyyət, incəsənət, musiqi, ədəbiyyat, hərb sahəsində Şuşanın məşhur simaları haqqında bioqrafik məlumatlar toplanılmışdır. “Sənədlər” bölməsində Şuşa haqqında Rusiya işğalı dövründən etibarən bu günədək qəbul edilən mühüm sənədlərin mətnləri toplanıb. “E-resurslar” və “Biblioqrafiya” fəslində isə kitabxananın fonduna daxil olan məqalə və kitabların həm elektron versiyaları, həm də biblioqrafik təsvirləri xronoloji ardıcıllıqla verilmişdir. Layihə müntəzəm olaraq yenilənilir.
https://shusha.preslib.az