Kitab Azərbaycan vokal sənətinin banisi – maestro Bülbülün həyat və yaradıcılığına həsr olunmuşdur. Kitaba Bülbülün müasirlərinin xatirələri, həmkarlarının ürək sözləri, dostlarının məktubları, Bülbülün Memorial Muzeyinin fondundan götürülmüş fotoşəkillər və sənədlərin əsli daxil edilmişdir. Bülbülün şöhrəti həqiqətən əfsanəvidir. Azərbaycan musiqi mədəniyyəti tarixində silinməz iz qoyan Bülbül dünya musiqi sənətində parlaq səhifələr…
Təqdim olunan bu dərs vəsaitində türk xalqlarının ənənəvi musiqi mədəniyyəti – xalq yaradıcılığı və şifahi ənənəli peşəkar musiqi janrları, habelə milli çalğı alətləri barədə bilgilər əksini tapmışdır. Kitabda öncə türklərin tarix səhnəsinə gəlişi və oynadığı rola nəzər salınmış, türkologiyanın bir elm sahəsi kimi yaranması və istiqamətləri haqda məlumatlar verilmişdir. Daha…
Tar - Azərbaycan xalq musiqi mədəniyyətinin, milli muğam janrının, professional klassik musiqi zövqünün inkişafında çox qiymətli təsir gücünə malik bir çalğı alətidir. Tar nəinki Şərqdə Mərkəzi Asiyada da IX-X əsrlərdə yaşamış xalqların musiqi mədəniyyətinin inkişafında mühüm rol oynamışdır. Bu kitab Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Şifahi ənənəli Azərbaycan professional…
Bu kitababda çox zəngin olan xalq mahnılarımızın böyük bir qismi toplanmışdır. Bu məcmuə xalqın mənəvi həyatında mühüm yer tutan mahnılarımızın mətnlərinin qorunub hifz olunması zərurətindən irəli gələrək yazılmışdır. Bu kitabı müəllif dinlədiyimiz xalq mahnılarının müasir səs və notlarını, həmçinin yeni versiyalarını, Bülbül, Xan, Rəşid Behbudov, Şövkət xanım, Sara xanım kimi…
Təqdim olunan bu kitab oxucuları şifahi ənənəli Azərbaycan professional musiqisinin əsas janrlarından olan zərbi – muğamlarla tanış edir. Kitabda Azərbaycan xalqının musiqi irsində zərbi – muğamların yeri, mənşəyi, təşəkkülü, inkişafı və bədii qiyməti müəyyənləşdirilir, xanəndə və sazəndələrin ifasından nota yazılmış doqquz zərbi – muğam əsasında onların musiqi dilinin və poetik…
Musiqi nəzəriyyəsi adlı dərs vəsaiti musiqi məktəblərində oxuyan şagirdlərin, həmçinin bu sahədə pedaqoji fəaliyyətlə məşğul olan müəllimlərin istifadəsi üçün nəzərdə tutulmuşdur. Kitabın özünəməxsus cəhəti ondadır ki , digər nəzəriyyə Kitablarından fərqli olaraq burada mövzular fəsillər üzrə deyil siniflər üzrə bölünmüşdür. Mövzular sadədən mürəkkəbə doğru prinsipi üzərində qurulmuşdur. Kitabda hər mövzuya…
Monoqrafiya nəfəs alətlərinin tanınmış ifaçılarından olmuş Əli Kərimovun yaradıcılığına həsr edilmişdir. Musiqişünas-alim Rauf Bəhmənli ustad sənətçinin bütün rəqs havalarını əldə etmiş, onların yaranma tarixi haqqında heç bir mənbədə yazılmayan maraqlı faktları aşkara çıxarmışdır. Kitabın məzmunu bir çox rəqs havalarının unudulmuş, qaranlıq səhifələrini işıqlandırmışdır. “Ustad Əli dədənin rəqs melodiyaları” adı ilə…
Hər bir xalqın mədəni irsi onun maddi-mənəvi dünyasının müştərək əsasları üzərində yetişir və inkisaf edir. Azərbaycan musiqi alətləri haqqında məlumatlara Kitabi-Dədə Qorqud dastanında, Nəsiminin, Füzulinin əsərlərində rast gəlmək olar, eləcə də, Nizaminin əsərlərində 40-a yaxın - 14 simli, 10 nəfəs və 7 membranlı alətlərin adı çəkilir. Orta əsrlərdə alətlərin inkişafı…
Muğam sənəti Azərbaycan xalqının ən qiymətli sərvəti, milli mədəni xəzinəmizin ən gözəl incisidir. Muğam bizim dünənimiz, bu günümüz və sabahımızdır. Bu kitabda musiqi tariximizlə bağlı məlumatlar, həmçinin Azərbaycan mədəniyyətinin inkişafında mühüm rol oynamış musiqi məclislərinin fəaliyyəti haqqında məlumatlar toplanaraq, müəllim və tələbələrə, muğam sənətimizin gələcək davamçılarına təqdim edilmişdir. Dərs vəsaiti…
1882-ci ildə vaxtı ilə elm, maarif və mədəniyyət mərkəzlərindən biri olmuş qədim İrəvan şəhərində peşəkar Azərbaycan teatrının təməli qoyulmuşdur. Teatr sonrakı dövrlərdə tamaşaçıların rəğbətini qazanmış və mədəniyyət salnaməmizə yaddaqalan səhifələr yazmışdır. Azərbaycanın görkəmli səhnə ustalarından bir çoxunun yaradıcılıq taleyi bu qocaman sənət ocağı ilə sıx bağlıdır. Kitabda Cəfər Cabbarlı adına…