Hər bir xalqın mədəni irsi onun maddi-mənəvi dünyasının müştərək əsasları üzərində yetişir və inkisaf edir.
Azərbaycan musiqi alətləri haqqında məlumatlara Kitabi-Dədə Qorqud dastanında, Nəsiminin, Füzulinin əsərlərində rast gəlmək olar, eləcə də, Nizaminin əsərlərində 40-a yaxın - 14 simli, 10 nəfəs və 7 membranlı alətlərin adı çəkilir.
Orta əsrlərdə alətlərin inkişafı yeni mərhələyə qədəm qoyaraq not yazılarının istifadə olunmasına səbəb olmuşdur.
Bu kitabdan oxucular orta əsr musiqi nəzəriyyəçisi Safiaddin Urmavinin mükəmməl not yazısını yaratdığını öyrənəcək və müxtəlif musiqişünaslar və maraqlı musiqi alətləri haqqında məlumat əldə edəcəklər