İrəvan Dövlət Azərbaycan Dram Teatrı

İncəsənət fondu

İrəvan Dövlət Azərbaycan Dram Teatrı [İlham Rəhimli]

İrəvan Dövlət Azərbaycan Dram Teatrı
1882-ci ildə vaxtı ilə elm, maarif və mədəniyyət mərkəzlərindən biri olmuş qədim İrəvan şəhərində peşəkar Azərbaycan teatrının təməli qoyulmuşdur. Teatr sonrakı dövrlərdə tamaşaçıların rəğbətini qazanmış və mədəniyyət salnaməmizə yaddaqalan səhifələr yazmışdır. Azərbaycanın görkəmli səhnə ustalarından bir çoxunun yaradıcılıq taleyi bu qocaman sənət ocağı ilə sıx bağlıdır. Kitabda Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının keçdiyi zəngin ve əlvan yaradıcılıq yolu (1882 - 2006) geniş təhlil edilib. Tearın təşəkkülünə və müxtəlif inkişaf mərhələlərinə aid yeni dəyərli faktlar verilib. Ayrı-ayrı məşhur sənətkarların yaradıcılıqları məzmunlu tutumda təhlil edilib. Teatrın İrəvan va Bakı şəhərlərindaki fəaliyyətləri ayrılıqda araşdırılıb.